İdman
İmzalanmış bu sənədlər ölkələrimizi daha da sıx birləşdirəcək - RƏY
“Qırğızıstan bizə dost və qardaş ölkədir. Ölkələrimiz arası diplomatik əlaqələr 30 illik tarixə malikdir. Amma xalqlarımızın eyni dinə, dilə və oxşar mədniyyətlərə malikliyinə görə daha qədim köklər bizi birləşdirir. Qırğızıstan Respublikasının prezidentinin rəhbərliyi altında nümayəndə heyəti ölkəmizdə oldu və müxtəlif aspektlərdə əməkdaşlıq üçün müzakirələr aparıldı”.
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.
src="/storage/files/upload/01a89fa878983637c58acd97c103cd8b072d683a.jpg" style="width: 444px; height: 296px;" class="fr-fic fr-dib fr-fil">Deputat bildirib ki, prezidentlərimiz arasında strateji tərəfdaşlıq haqqında bəyannamə və dövlətlərarası şurasının yaradılması haqqında memorandum imzalanıb: “İmzalanmış bu sənədlər ölkələrimizi daha da sıx birləşdirəcək. İki ölkə bir çox beynəlxalq təşkilatlarda təmsil olunurlar və hər zaman bir-birinin mövqeyini müdafiə edirlər. O cümlədən ölkələrimiz arasında iqtisadi əlaqələr də mövcuddur. Ticarət dövriyyəsi çox olmasa da kifayət qədər istifadə olunmalı potensial mövcuddur. Azərbaycanın reallaşdırdığı beynəlxalq nəqliyyat dəhlizləri qırğız qardaşları üçün yeni imkanlar açır. Qırğızıstan ölkəmizin üzrərindən Şimala, Cənuba və Qərbə yüklərin daşınması imkanını əldə edib”.
A.Badamov vurğulayıb ki, Azərbaycanın şirkətlərinə enerji sektorunda investisiya qoyulması Qırğızıstan üçün maraqlıdır: “Çünki Azərbaycan şirkətləri bu istiqamətdə böyük təcrübəyə malikdir. Eyni zamanda kənd təsərrüfatı sahəsində əməkdaşlıq üçün geniş potensial mövcuddur. Humanitar sahə üzrə əməkdaşlığımızın genşləndirilməsi üçün yaxşı perespektivlər var. Ümumiyyətlə, Prezidentlər səviyyəsində səfərlərin edilməsi və yeni sənədlərin imzalanması ölkələrimiz arası dostluq və qardaşlığı möhkəmləndirməklə əməkdaşlığımızı daha da dərinləşdirəcəkdir. İndiki qeyri-sabit dünyada dostlarımızın sayının çox olması beynəlxalq mövqelərimizi də möhkəmləndirir”.
-
İdman05:45Corcinanın Ronaldo ilə bağlı bu paylaşımı gündəm oldu - FOTO
-
Dünya05:15ABŞ-ın yeni silahı İranı təşvişə saldı - Göz açmağa imkan vermir... - Video
-
ABŞ02:19Pentaqon hazırlıqlara başladı: İrana qoşun yeridiləcək
-
Qoroskop01:20Günün ulduz falı: Romantik münasibətlərdə həyəcanlı bir dövr başlayır
-
Cənubi Qafqaz20 Mart 20:44Azərbaycanla sülhdən imtina Ermənistan üçün ölümcüldür - Paşinyan
-
Ekologiya20 Mart 19:00Azərbaycana yaz gəldi
-
ABŞ20 Mart 18:48ABŞ olmadan NATO "kağız pələng"dir - Tramp
-
Nəqliyyat20 Mart 18:36Bakı bir gecədə niyə boşaldı? - Paytaxtı “xilas” etməyin yolları açıqlandı














.jpg)













.jpg)



.jpg)

