İdman
Zəfər Kubokunun bütün iştirakçıları və püşkatma tarixi müəyyənləşdi
İdman Araşdırmalar Mərkəzi və ETOPAZ-ın 10 illik yubileyi münasibətilə jurnalistlər arasında keçiriləcək mini-futbol üzrə Zəfər Kubokunun bütün iştirakçıları müəyyənləşib.
Publika.az">Publika.az xəbər verir ki, mayın 4-də start götürəcək turnirə 12 komanda qatılacaq. İştirakçılar arasında Birinci Qarabağ müharibəsi və 44 günlük Vətən müharibəsi qazilərindən ibarət "Veteranlar", mərhum jurnalist Elnur Əşrəfoğlunun uzun müddət çalışdığı AzTV ("İdman" TV) kollektivindən ibarət "Telefortuna", onun jurnalist dostlarının yer aldığı "Elnurun komandası", media turnirlərində məşqçi kimi dəstək olduğu "Bakı" da var. "Elnurun dostları" komandasında E.Əşrəfoğlunun qardaşı Rəşad Şükürov da çıxış edəcək.
Şəhid jurnalist Məhərrəm İbrahimovun qardaşı Əsgər İbrahimov isə "Report" komandasında oynayacaq.
Bundan başqa, ARB telekanalı, "Teleqraf Holdinq", "Futbol+" qəzeti, "İctimai-siyasi jurnalistlər", Azərbaycan İdman Jurnalistləri Federasiyasının 2021-ci ildə təşkil etdiyi "Qarabağ Azərbaycandır!" turnirində mübarizə aparmış "Xəzər", "Şuşa" və "Kəlbəcər" komandaları da Zəfər Kubokunun iştirakçıları arasındadır.
Aprelin 22-də "Report" agentliyinin ofisində keçiriləcək püşkatma mərasimi saat 15:00-da başlayacaq. Tədbirə Zəfər Kubokunun Təşkilat Komitəsinin üzvləri və komandaların nümayəndələri qatılacaqlar.
Püşk nəticəsində iştirakçı komandalara "Ağdam", "Cəbrayıl", "Füzuli", "Xankəndi", "Xocalı", "Xocavənd", "Kəlbəcər", "Qubadlı", "Laçın", "Suqovuşan", "Zəngilan" və "Şuşa" adları veriləcək.
Daha sonra onlar hər birində 3 komanda olmaqla, 4 qrupa bölünəcəklər. Dairəvi sistemlə keçiriləcək mübarizə nəticəsində qrup qalibləri yarımfinala yüksələcəklər. Yarımfinalda qalib gələnlər isə iyunun 19-da keçiriləcək final matçında iştirak edəcəklər.
Qeyd edək ki, Zəfər Kuboku Azərbaycanın ilk onlayn qanuni mərc saytı ETOPAZ-ın baş sponsorluğu, "Kəhriz su"nun tərəfdaşlığı, "Report" agentliyinin informasiya dəstəyi ilə gerçəkləşəcək.
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu




































.jpg)


