İdman
Nazir: "Bəzi Olimpiya İdman Kompleksləri müasir tələblərə cavab vermir"
"Artıq komissiya yaradılıb və bölgələrdəki Olimpiya İdman Komplekslərinin fəaliyyəti araşdırılır. Bilirsiniz ki, 50 kompleksdən 39-u nazirliyin balansındadır. Bəzi komplekslər müasir tələblərə cavab vermir".
Publika.az xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov "ASAN Radio"nun "QəbuldASAN" verilişində qonaq olarkən deyib.
Nazir bildirib ki, həmin komplekslərin fəaliyyətinin genişləndirilməsi istiqamətində addımlar planlaşdırılır: "Hesab edirəm ki, həmin obyektlər yavaş-yavaş öz rolunu tapacaq. Elə rayonlarımız var ki, orada 2-3 idman növü var. Bəzi rayonlarda yeni idman növlərini inkişaf etdirmək olar".
İdman federasiyalarına nazirlərin rəhbərlik etməsinə də toxunan F.Qayıbov bunun effektiv nəticələr verdiyini vurğulayıb: "Bu təcrübə tək bizdə deyil, digər ölkələrdə də var. Bu, ictimai işdir və nazirlər üçün də maraqlıdır. Özlərini bu işə necə yönəltdiklərini görürəm. Yaxşı komanda formalaşdırıblar. Aralarında müsbət mənada rəqabət var. Son vaxtlar qazanılan nəticələr də bunu sübut edir".
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular

















.jpg)
















.jpg)

.jpg)