İdman
İddiaçılar Turniri: Teymur Rəcəbov ilk qələbəsini qazandı
Azərbaycan şahmatçısı Teymur Rəcəbov İspaniyanın paytaxtı Madriddə təşkil olunan İddiaçılar Turnirində ilk qələbəsini qazanıb.
Publika.az xəbər verir ki, bu, IX turda ABŞ təmsilçisi Hikaru Nakamura ilə qarşılaşmaya təsadüf edib.
Ağ fiqurlarla oynayan 35 yaşlı qrossmeyster 41-ci gedişdə rəqibi təslim olmağa məcbur edib. Bu qələbə ilə Rəcəbov həm də Nakamuradan ilk dövrədəki məğlubiyyətin əvəzini çıxıb.
Qeyd edək ki, Teymur Rəcəbov əvvəlki oyunlarında Alireza Firuzca (Fransa) ilə 2 dəfə, Yan Nepomnyaşi (Rusiya), Yan-Kşiştof Duda (Polşa), Dinq Liren (Çin) və Rixard Rapport (Macarıstan) ilə 1 dəfə heç-heçə edib, Nakamura və Fabiano Karuanaya (hər ikisi ABŞ) isə uduzub. 9 turdan sonra onun aktivində 4 xal var.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular












.jpg)
























.jpg)

.jpg)