İdman
"Araz-Naxçıvan"ın baş məşqçisi: "Çətin qrupda yer almışıq"
UEFA Çempionlar Liqasının əsas mərhələsində mübarizə aparacaq “Araz-Naxçıvan” futzal klubunun rəqibləri müəyyənləşib. Təmsilçimiz “Mostar” komandası, həmçinin ilkin mərhələdə D və F qrupunun qalibi ilə birgə 5-ci qrupda yer alacaq. Oyunlar oktyabrın 25-30-da Bosniya və Herseqovinada təşkil olunacaq.
Publika.az xəbər verir ki, Naxçıvan təmsilçisinin baş məşqçisi Joze Alesio da Silva püşkü dəyərləndirib. O bildirib ki, D qrupuna diqqət yetirdikdə, Serbiya çempionunun komandanın rəqibi olması ehtimalını yüksək qiymətləndirir. “F qrupuna gəldikdə, üstünlüyü Gürcüstan çempionuna verirəm. “Mostar” komandası isə doğma meydanda oynayacaq. Onları yaxşı tanıyıram, bir neçə dəfə rəqib olmuşuq. Oyun çətin keçəcək. Onların da təcrübəli heyəti var və bir neçə ildir öz ölkəsinin çempionu olurlar. Əlbəttə, çətin qrupda yer almışıq. Bu qrupdan cəmi bir komanda elit-raunda yüksələcək", - deyə baş məşqçi qeyd edib.
Komandasının yaxşı hazırlıq keçə bilməsi, oyunlara tam hazır olması üçün kifayət qədər vaxtlarının olduğunu bildirən Joze Alesio da Silva deyib: “Rəqiblərimizi yaxşı analiz edəcəyik. Serbiya və Gürcüstan təmsilçisi haqda ətraflı məlumatım yoxdur. Həm də onlar favorit olsalar da, biz ilkin mərhələnin yekununu gözləməliyik. Yenə deyirəm, vacib olan bizim hazırlığımızdır. Buna da maksimum dərəcədə nail olmağa çalışacağıq. Heyətimizi gücləndirmək istiqamətində işlər görülür. Təəssüf ki, bu mərhələnin oyunlarında Felipinyo bizə kömək edə bilməyəcək”.
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi


































.jpg)


