İdman
Zəfər Kubokunun qalibi məlum oldu - FOTO
22 iyul - Milli Mətbuat Günü münasibətilə Avrora Qrup, İdman Araşdırmalar Mərkəzi və Azərbaycan Voleybol Federasiyasının birgə təşkilatçılığı ilə jurnalistlər arasında keçirilən voleybol üzrə Zəfər Kubokunun finalçıları məlum olub. Finalda jurnalistlərdən ibarət “Şuşa” və “Kəlbəcər” komandası qarşı-qarşıya gəlib. Dərnəgül Voleybol Mərkəzində keçirilən final oyunu üç setdən ibarət olub. Qarşılaşma 2:1 hesabı ilə “Şuşa” komandasının zəfəri ilə yekunlaşıb.
Publika.az xəbər verir ki, turnirin finalçılarına Zəfər Kuboku, pul mükafatı, diplomlar və sponsor tərəfindən hədiyyələr təqdim edilib.
Bundan başqa, turnirin ən yaxşı voleybolçusu "Şuşa" komandasının üzvü İsgəndər İbrahimə pul mükafatı və sertifikat təqdim olunub.
Qeyd edək ki, tədbirdə Voleybol Federasiyasının I vitse- prezidenti Faiq Qarayev, Gənclər və idman Nazirliyinin sektor müdiri Fikrət Hüseynov, “Azərreyl”in sabiq oyunçusu və Voleybol Federasiyasının mətbuat xidmətinin rəhbəri Şəfəq Kərimova, Vətən müharibəsi iştirakçısı və qazisi polkovnik-leytenant Vüsal Nağıyev də iştirak edib.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular













.jpg)























.jpg)

.jpg)