İdman
Çempionlar Liqası: "Mançester Siti" "Borussiya" ilə qarşılaşacaq
Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində II turun digər matçları keçiriləcək.
Publika.az-ın məlumatına görə, ikinci oyun günündə A, E, F, G və H qruplarında ümumilikdə 9 qarşılaşma baş tutacaq.
A qrupunun təxirə salınmış görüşündə "Reyncers" Şotlandiyada İtaliya "Napoli"sini qəbul edəcək.
Azərbaycan millisinin futboçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın "Dinamo" (Zaqreb) komandası İtaliyada "Milan"ın qonağı olacaq. E qrupunun digər matçında "Çelsi" İngiltərədə Avstriya "Zaltsburq"u ilə üz-üzə gələcək.
F qrupunda yer alan turirin son qalibi "Real Madrid" İspaniyada Almaniya "Leyptsiq"ini sınağa çəkəcək. Ukraynanın "Şaxtyor" (Donetsk) klubu Şotlandiya "Seltik"inin müqavimətini qırmağa çalışacaq.
Günün maraqla gözlənilən qarşılaşması G qrupunda keçiriləcək. "Mançester Siti" İngiltərədə Almaniyanın "Borussiya" (Dortmund) komandası ilə görüşəcək. "Şəhərlilər"in yay transfer dönəmində heyətinə qatdığı Erlinq Holann məhz Dortmun təmsilçisindən alınıb. Bu qrupda "Kopenhagen" Danimarkada İspaniya "Sevilya"sı ilə qarşılaşacaq.
Nəhayət, H qrupunda "Yuventus" İtaliyada Portuqaliya "Benfika"sı ilə, Fransa PSJ-si İsraildə "Makkabi" (Hayfa) klubu ilə münasibətlərə aydınlıq gətirəcək.
Çempionarl Liqası
Qrup mərhələsi, II tur
14 sentyabr
A qrupu
23:00. "Reyncers" (Şotlandiya) - "Napoli" (İtaliya)
Xal durumu: "Napoli" - 3. "Liverpul" - 3 (2 oyuna). "Ayaks" - 3 (2 oyuna). "Reyncers" - 0
E qrupu
20:45. "Milan" (İtaliya) - "Dinamo" (Zaqreb, Xorvatiya)
23:00. "Çelsi" (İngiltərə) - "Zaltsburq" (Avstriya)
Xal durumu: "Dinamo" - 3, "Milan" - 1, "Zaltsburq" - 1, "Çelsi" - 0
F qrupu
20:45. "Şaxtyor" (Donetsk, Ukrayna) - "Seltik" (Şotlandiya)
23:00. "Real Madrid" (İspaniya) - "Leyptsiq" (Almaniya)
Xal durumu: "Şaxtyor" - 3, "Real Madrid" - 3, "Leyptsiq" - 0, "Seltik" - 0
G qrupu
23:00. "Kopenhagen" (Danimarka) - "Sevilya" (İspaniya)
23:00. "Mançester Siti" (İngiltərə) - "Borussiya" (Dortmund, Almaniya)
Xal durumu: "Mançester Siti" - 3, "Borussiya" - 3, "Kopenhagen" - 0, "Sevilya" - 0
H qrupu
23:00. "Yuventus" (İtaliya) - "Benfika" (Portuqaliya)
23:00. "Makkabi" (Hayfa, İsrail) - PSJ (Fransa)
Xal durumu: Benfika - 3, PSJ - 3, "Yuventus" - 0, "Makkabi" - 0.
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp
-
Banklar 3 Avqust 19:10Kartla köçürməni qohuma etdiyimizi bank necə aydınlaşdıracaq?























.jpg)
.jpg)






