İdman
Dünya və Avropa çempionumuz narkotikə görə HƏBS OLUNDU
Azərbaycanın qadın ağırlıqqaldıranı Boyanka Kostova həbs olunub.
Publika.az xəbər verir ki, bu barədə Bolqarıstan əsilli idmançının şəxsi məşqçisi Laçezar Kişkilov "Max Telegraf" nəşrinə açıqlama verib.
Mütəxəssis bildirib ki, narkotik vasitələrin dövriyyəsində ittiham olunan dünya və üçqat Avropa çempionu 9 ay müdddətinə azadlıqdan məhrum edilib.
Kişkilovun sözlərinə görə, hazırda Sliven həbsxanasında olan Kostova dopinq səbəbindən cəzalandırıldıqdan və ötən il Rusiyanın paytaxtı Moskvada keçirilmiş Avropa çempionatında qazandığı qızıl medaldan məhrum edildikdən sonra depressiyaya düşüb: "Onun başqa peşəsi yoxdur. Yanlış insanlarla rastlaşdı və pis mühitə düşdü. Mən ona dəfələrlə xəbərdarlıq etmişdim. Amma artıq gec idi. Ona dedim ki, pul qazanmağın başqa yolu da var. Lakin bu, işə yaramadı. Onu məhəllədə narkotik satarkən tutublar".
Məşqçi titullu atletin bu ilin noyabrında həbsdən çıxacağını söyləyib: "8 ay Plovdivdə istintaq təcridxanasında oldu. Bir kamerada üç qadın var idi. Həmin dövr çox çətin keçdi. Qadınlardan biri qatil, digəri dələduz idi. Bilmirəm necə sağ qaldı. Depressiyaya düşdü, amma bacardı. O, artıq iki aydır ki, Sliven həbsxanasındadır. Kostova ilə psixoloqlar işləyir. Prokurorluq 3 il həbs istəyirdi, amma bunun baş verməməsi üçün hər şeyi etdim".
Qeyd edək ki, Boynaka Kostova 2012, 2015 və 2016-cı illərdə Avropa, 2015-ci ildə isə dünya çempionu olub. 2016 - 2018-ci illərdə də dopinqə görə cəzalanmış Kostovanın London-2012 Yay Olimpiya Oyunlarındakı nəticəsi ləğv olunub.
-
Region02:42İran səfirindən Avropaya KRİTİK MESAJ - “Tehranın gücünü qəbul etməlisiniz”
-
Sağlamlıq01:11C vitamini ilə bağlı mif dağıldı - Soyuqdəyməyə qarşı kömək etmir, əksinə..
-
Magazin100:15Könül Kərimovanın qızı boşandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu, münasibətinizi daha da gücləndirəcək
-
Magazin229 Avqust 23:36Cem Yılmaz xəstəxanaya yerləşdirildi
-
ABŞ29 Avqust 23:00Tramp CNN telekanalı ilə bağlı elə sözlər dedi ki...
-
MDB29 Avqust 22:24Qadın liftdə uşaq dünyaya gətirdi
-
Sağlamlıq29 Avqust 22:12Mədə şişkinliyinə qarşı bunları edin
























.png)











.jpg)
.jpg)