İdman
Azərbaycan millisindən Ermənistanda keçirilən AÇ-də 6 medal
Azərbaycan milli komandası Ermənistanın Tsaxkadzor şəhərində eşitmə qabiliyyəti məhdud idmançılar arasında keçirilən Avropa çempionatında uğurlu nəticə ilə yadda qalıb.
Publika.az xəbər verir ki, Yunan-Roma güləşi üzrə yarışda 6 idmançı ilə təmsil olunan komanda ümumilikdə 6 medal – 3 gümüş və 3 bürünc medal qazanıb.
Böyüklər arasında keçirilən yarışda Kənan Allahverdiyev (60 kq) və Tuncay İbrahimzadə (77 kq) gümüş, Murad Cəfərov (55 kq) isə bürünc medal əldə edib.
Ceyhun İsazadə isə iki yaş kateqoriyasında uğurla çıxış edib. O, gənclər arasında 60 kq, böyüklər arasında isə 63 kq çəki dərəcəsində bürünc medala sahib olub. İslam Rzayev (130 kq) gənclər arasında keçirilən yarışda gümüş medal qazanıb.
Beləliklə, Azərbaycan təmsilçiləri Avropa çempionatını 3 gümüş və 3 bürünc medalla başa vurublar.
-
Hadisə02:18Avtomobil hasara çırpıldı: ölən və yaralananlar var - Qəza yerindən fotolar
-
Qoroskop00:27Günün ulduz falı: cəsarətli addımlar atmaq üçün əlverişli vaxtdır
-
Kriminal27 Noyabr 20:12Öldürəndən sonra qızlarını parçalayan ata və ögey anaya hökm oxundu
-
Region27 Noyabr 19:00Türkiyə Gürcüstan səfirini XİN-ə çağırdı: Batumidəki hadisələrə sərt etiraz
-
Kriminal27 Noyabr 18:10Sabiq icra başçısı və müavininin məhkəməsi başladı
-
Nida Xəbər 27 Noyabr 15:20Əli Əsədov qərar imzaladı
-
Region27 Noyabr 12:42Dramatik hadisələr olur, Cənubi Qafqaz iki hissəyə bölünmə nöqtəsindədir - Krılov
-
Rəsmi xronika27 Noyabr 11:46Prezidentin sosial şəbəkə hesablarında videoçarx paylaşıldı
















.jpg)


















