İdman
Premyer Liqa: “Qarabağ” “Şamaxı”ya “Qəbələ” “Sabah”a qarşı
Futbol üzrə Azərbaycan Premyer Liqasında bu gün XII turun daha iki oyunu keçiriləcək.
Publika.az xəbər verir ki, günün ilk matçında "Şamaxı" "Qarabağ"ı qəbul edəcək. Rəqibindən bir oyun az keçirən "köhlən atlar" 30 xalla liderdir. Meydan sahibləri 4 xalla 9-cu pillədə qərarlaşıb.
Komandalar indiyədək ölkə çempionatlarında 71 dəfə üz-üzə gəliblər. Bunların 33-də Ağdam təmsilçisi, 13-də Şamaxı klubu qələbə qazanıb. Topların nisbətində də qonaqlar aşkar üstündür - 99:43. “Qarabağ” 16 oyundur Premyer Liqada uduzmur, “Şamaxı” isə 4 matçdır qol vurmur.
Günün ikinci görüşündə "Sabah" "Qəbələ" ilə üz-üzə gələcək. Paytaxt təmsilçisi 28 xalla ikinci, bölgə təmsilçisi 17 xalla beşincidir. Tərəflər indiyədək Premyer Liqada 16 dəfə qarşılaşıblar. Bunların 8-də meydan sahibləri, 5-də "qırmızı-qaralar" meydanı 3 xalla tərk ediblər. Topların nisbətində də "Qəbələ" üstündür - 23:15. “Sabah” çempionatdakı son 4 oyunda rəqibinə qol vurub. Son 6 qarşılaşmada iki və ya daha çox qol qeydə alınıb.
Azərbaycan Premyer Liqası, XII tur
30 oktyabr (bazar)
15:00. “Şamaxı” – “Qarabağ”
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cəmil Quliyev, Elvin Bayramov
Hakim-inspektor: Vüsal Əliyev
Şamaxı şəhər stadionu
18:30. “Sabah” – “Qəbələ”
Hakimlər: Tural Qurbanov, Eyyub İbrahimov, Vüsal Məmmədov, Fərid Hacıyev
Hakim-inspektor: Ömər Paşayev
“Bank Respublika Arena”
Qeyd edək ki, XII turun digər matçlarında "Turan Tovuz" "Sumqayıt"ı 1:0, "Kəpəz" "Səbail"i, "Neftçi" isə "Zirə"ni 3 cavabsız qolla üstələyib.
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi
-
ABŞ13 Oktyabr 21:12İlon Maskın sevinci cəmi 4 gün çəkdi
-
Art13 Oktyabr 19:36Leyla Əliyeva “44”ün təqdimat mərasimindən paylaşım etdi - VİDEO
































