İdman
Mahir Emreli "Qarabağ"a qayıdır - DETALLAR
Qış transfer pəncərəsində heyətini gücləndirmək niyyətində olan "Qarabağ" bir sıra futbolçularla danışıqlar aparır.
Publika.az-ın məlumatına görə, onlar arasında Ağdam təmsilçisinin sabiq üzvü də var. Söhbət 2021-ci ilin yayında "atlılar"ı tərk edərək, azad agent statusu ilə Avropaya üz tutan Mahir Emrelidən gedir.
Hazırda məxsus olduğu Zaqreb "Dinamo"sunun əsas heyətinə düşməkdə çətinlik çəkən milli komandamızın üzvünün menecerləri bir müddətdir yeni klub axtarışındadırlar. Futbolçu bir sıra komandalara təklif edilsə də, müsbət nəticə əldə edilməyib.
"Dinamo" rəhbərliyi Mahiri satmaq və ya icarəyə göndərmək fikrindən uzaq olsa da, 25 yaşlı hücumçu komandadakı vəziyyətindən narazıdır. O, əsas heyət üzvü olmaq istəyir. Bunun üçün 6 ay başqa bir klubda forma yığmağa da hazırdı.
Hazırda bütün mümkün variantlar menecerlər və klub rəhbərliyi ilə müzakirə edilir. Zaqreb təmsilçisinin DÇ-2022-də yaxşı çıxış edən əsas hücumçularından kimsə satılsa, Mahir komandada qalacaq.
Bütün ehtimalları nəzərə alan Emrelinin də ehtiyat variantı var. O, toparlanmaq üçün yaxşı tanıdığı "Qarabağ"a, xüsusilə Qurban Qurbanovun yanına dönməyə çalışacaq. Bu isə qış transfer pəncərəsinin son günlərində reallaşa bilər.
Qeyd edək ki, Mahir ötən ilin qış transfer pəncərəsinin son günündə keçdiyi "Dinamo" formasıyla 20 rəsmi oyunda 5 qol vurub.
Heybət
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular





































.jpg)

.jpg)