İdman
"Qarabağ"dan xəbərdarlıq: "Bu səhifələrin hamısı "feyk"dir"
Məlum olduğu kimi, "Qarabağ" ötən gün qış transfer pəncərəsində ilk keçidini reallaşdırdı. Ağdam təmsilçisi Adama Diakabi ilə 2,5 illik müqavilə imzaladığını açıqladı.
"Qarabağ" azarkeşləri və futbol ictimaiyyəti bu transferi uzun müddət idi ki, gözləyirdi. Fransalı vinger Azərbaycan futbolu üçün ulduz hesab ediləcək addır. Onun İngiltərənin və Fransanın adlı-sanlı klublarında top qovması fanatların diqqətini cəlb etməyə bilməzdi.

Futbolçuya olan diqqət xüsusilə sosial şəbəkələrdə öz əksini tapıb. Diakabini izləmək istəyən insanlar onun adını axtararkən qarşılarına çox sayda səhifələr çıxıb. Həmin profillər və hesabların bir çoxu yenidir, onun "Qarabağ"a transferindən sonra yaradılıb.
Belə olan halda sual yaranır futbolçunun əsas səhifəsi hansıdır?
Məsələyə aydınlıq gətirmək üçün "Qarabağ"ın mətbuat katibi Gündüz Abbaszadə ilə əlaqə saxladıq. Klub rəsmisi Publika.az-a açıqlamasında hər kəsi maraqlandıran suala belə cavab verdi:
"Adama Diakabinin heç bir sosial şəbəkədə səhifəsi yoxdur. Yaradılan səhifələrin hamısı isə "feyk"dir. Onların heç birinin futbolçu ilə əlaqəsi yoxdur".
Heybət
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular

















.jpg)

















.jpg)

.jpg)