İdman
Kolumbiya millisinin sabiq üzvü "Neftçi"yə təklif olundu
Qış transfer pəncərəsinin passiv klublarından biri olan "Neftçi" yaxın günlərdə transfer edə bilər.
Publika.az-ın əldə etdiyi məlumata görə, "ağ-qaralar" menecerlər tərəfindən təklif edilən kolumbiyalı vinger Orlando Enrike Berrio Melendesi heyətinə qatmağa yaxındır.
Paytaxt təmsilçisinin nümayəndələri 31 yaşlı futbolçu və çıxış etdiyi "Aquylas Doradas" klubu ilə danışıqları sürətləndiriblər. Buna səbəb qış fasiləsinin başa çatmasına saylı günlər qalmasıdır.

Danışıqlarda əsas məsələ futbolçunun ilin sonuna qədər müqaviləsi olduğu klubu razı salmaqdır. Çünki Kolumbiya millisinin sabiq üzvü Azərbaycanda çıxış etməyə isti yanaşır.
Universal yarımmüdafiəçi olan Orlando Berrio Portuqaliyanın "Arouka" klubuna transfer olunan Yusuf Lavalın əvəzləyicisi ola bilər.
Qeyd edək ki, Kolumbiyanın "Atletiko Nasional"ın yetirməsi olan futbolçu karyerası ərzində bu klubla yanaşı, ölkəsində "Millonarios", "Patriotas"ın formasını geyinib. 31 yaşlı furbolçu Braziliyanın "Flamenqo", "Amerika Mineyro" və BƏƏ-nin "Xor Fakkan" klublarında legioner həyatı yaşayıb. 2022-ci ilin yayından isə "Aquylas Doradas"da çıxış edir.
Heybət Məmmədov
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular

















.jpg)

















.jpg)

.jpg)