İdman
Başlarında kaska, əyinlərində… – Messi, Neymar, Mbappe tikinti meydançasında - Foto
PSJ-nin futbolçuları, o cümlədən ulduz hücumçular Lionel Messi, Kilian Mbappe və Neymar klubun tikilməkdə olan məşq bazasına baş çəkiblər.

Publika.az xəbər verir ki, PSJ 2023/2024 mövsümündə yeni təlim-məşq bazasına köçəcək. Kompleks 2023-cü ilin yazına qədər tam başa çatdırılmalıdır.

PSJ-nin kapitanı Markinyos klubun mətbuat xidmətinə verdiyi açıqlamada təəssüratını bildirib:
“Sadəcə möhtəşəmdir. On ildir ki, buradayam. Bu layihənin daha uzun sürəcəyini düşünürdüm, o vaxta qədər hələ də PSJ-də oynayacağımı bilmirdim. Bazanın, demək olar ki, tamamlandığını görəndə…
Klubun illər ərzində necə böyüdüyü ilə fəxr edirəm. Yeni məşq obyekti klubun böyük bir ailə olaraq düzgün istiqamətdə getdiyini göstərir. Bu, bizə inam verir. Belə bir mərkəz bizə iş və məşq üçün ən yaxşı şəraiti yaradacaq”.

-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi



































