İdman
Bəlli oldu, Messi ABŞ-a köçməyə hazırlaşır
Paris Sen-Jermenin argentinalı hücumçusu Lionel Messi klubla müqavilənin uzadılması təklifini hələ də qəbul etməyib.
Publika.az xəbər verir ki, bu barədə "L'Equipe" məlumat yayıb. Nəşrin məlumatına görə, futbolçunun atası və meneceri Xorxe Messi çərşənbə günü, fevralın 15-də PSJ rəhbərliyi ilə görüşüb, lakin əməkdaşlığın davam etdirilməsi ilə bağlı razılığa gələ bilməyiblər. Hücumçunun komandadan getməyə daha çox meylli olduğu, həmçinin ailəsi ilə birlikdə ABŞ-a köçməyə hazırlaşdığı iddia olunur.
Oktyabrın 31-də məlum oldu ki, Şimali Amerikanın Böyük Futbol Liqası İnter Mayami klubunun ortaq sahibləri futbolçunun atası ilə danışıqlar aparıb. Qeyd olunub ki, karyerasını davam etdirmək baxımdan bu təklif Messiyə daha sərfəli görünür. ABŞ-da da futbolçunun yaxın aylarda müqavilə imzalayacağına ümid etdiklərini bildiriblər.
Xatırladaq ki, Messi 2021-ci ilin avqustunda PSJ ilə müqavilə imzalayıb. Bundan əvvəl o, karyerası boyunca "Barselona"da oynayıb, klub on dəfə İspaniya çempionu, dörd dəfə Çempionlar Liqasının qalibi olub. Hücumçunun Fransa klubu ilə müqaviləsinin 2024-cü ilin iyun ayına qədər uzadılması nəzərdə tutulub.
Aytən Məftun
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi



































