İdman
Qurban Qurbanovun “Qarabağ” azarkeşi ilə təsirli kadrları - VİDEO
Qurban Qurbanov “Qarabağ”ın azarkeşi ilə görüşüb. Görüş Ağdam təmsilçisinin Suraxanıdakı bazasında reallaşıb.
Publika.az xəbər verir ki, səhhətində ciddi narahatlıq olan Səlim İsmayıl adlı qatı futbol azarkeşi Qurbanova müraciət ünvanlayaraq onunla görüşün həyatdan köçməmişdən əvvəl ən böyük arzusu olduğunu bildirib.
“Qarabağ”ın çalışdırıcısı bu barədə məlumat alan kimi gün və saat təyin edərək 57 yaşlı azarkeşi qəbul edib. Komandanın axşam məşqindən öncə baş tutan görüşdə təsirli anlar yaşanıb.
Səlim bəy Qurban Qurbanovu görüncə, onu bağrına basıb, uzun müddət buraxmayıb. Ölkənin bir nömrəli çalışdırıcına xoş sözlər deyib, onunla görüşməyə hər zaman möcüzə kimi baxdığını qeyd edib.
Qurban bəy eşitdiklərindən duyğulanıb. Təxminən 15 dəqiqəlik söhbətdən sonra sürpriz qonağa məşqi izləmək imkanı yaradılıb və xatirə şəkilləri çəkdirilib.
Maraq üçün bildirək ki, əslən Füzuli rayonunun Mollaməhərrəmli kəndindən olan Səlim İsmayıl şairdir. Səbəbkarın şeir toplusundan ibarət “Ocaq daşı” kitabı 2021-ci ildə işıq üzü görüb.
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi



































