İdman
Bizi nə gözləyir? – Bəlkə, Rövnәq Abdullayev də getdi
Futbol üzrə milli komandamız bu gün növbəti matçına çıxacaq.
Publika.az xəbər verir ki, yığmamız “AÇ-2016”-nın seçmə mərhələsindəki üçüncü oyununda Xorvatiyanın qonağı olacaq.
Xorvatiya Azərbaycan yığması üçün tanış rəqib deyil. Millilər ilk dəfə üz-üzə gələcək.
FİFA-nın son açıqlanan reytinq cədvəlinə görə Xorvatiya yığması 19-cu, Azərbaycan isə 95-ci pillədədir.
Dünya və Avropa çempionatlarının dəfələrlə iştirakçısı olmuş rəqibimiz kifayət qədər güclü komandadır.
Xorvatiya millisinə Niko Kovaç rəhbərlik edir.
Bir sözlə, yığmamızı növbəti matçında da çox güclü rəqib gözləyir.
Qeyd edək ki, yığmamız bu gün tarixi ərzində 210-cu matçına çıxacaq. İndiyəqədərki oyunların 38-də qələbə qazanmışıqsa, 56-da da heç-heçə ilə təsəlli tapmışıq. 115 qarşılaşmada isə məğlubiyyətlə üzləşmişik. Topların fərqi də millimizin xeyrinə deyil: 148 qol vurduğumuz halda, öz qapımızdan 356 top çıxarmışıq.
Xatırladaq ki, Xorvatiya millisinin baş məqşçisi Niko Kovaç "Avro-2016"nın seçmə mərhələsində millimizlə oyun öncəsi keçirilən mətbuat konfransında belə deyib:
“Azərbaycan millisini taktiki cəhətdən incələmişik. Amma bu haqda burada danışmaq istəmirəm. Oteldə futbolçularıma bu barədə öz fikirlərimi çatdıracağam. Sizin yığmanın son oyunlarına baxmışam. Buna əsasən yığmanız haqqında məlumat toplamışam. Azərbaycan yaxşı müdafiə olunmağı bacarır. Bizi əks-hücumlarda yaxalamağa çalışacaqlar. Ona görə də diqqətli olmalıyıq”.
Bu oyunla bağlı bəzi futbol mütəxəssislərinin, futbolçuların fikirlərini öyrəndik.
Publika.az-a danışan Azərbaycanın tanınmış futbol mütəxəssisi Nazim Süleymanov futbolçuları məsuliyyətli olmağa çağırdı:
“Biz həmişə millimizdən qələbə gözləmişik. Amma bilməliyik ki, bizim rəqibiniz güclüdür. Rəqiblə yaxşı mübarizə aparmaq lazımdır. İtaliya ilə oyunda 2:1 məğlub olduq, ancaq milli komandamız oyunda pis təsir bağışlamadı. Mənə elə gəlir ki, xorvatlar çox güclüdür. Yenə də ümid edirik ki, nəticə yaxşı olar.
Milli komandamızın üzvlərinin demək olar ki, hamısı klublarımızdan gəlib. Ona görə də düşünürəm ki, bizim çempionat güclü olmalıdır. Futbolçular özlərində daha çox məsuliyyət hiss etməlidir. Futbolçularımız xaricdə oynasalar, əhəmiyyətli çempionatlarda iştirak etsələr, milliyə də daha yaxşı təsir bağışlayardılar”.
Milli komandamızın kapitanı Rəşad Sadıqov aqressiv oyun sərgilənməsinin tərəfdarıdır:
“İtaliya ilə oyunda da çəkinmədən oynadıq. Fikrimcə, onlara qarşı yaxşı müqavimət göstərdik. Buna görə də, komandamız Osiyekdə də Palermodakı kimi oynasa, belə olan halda, nəyəsə ümid edə bilərik. Təbii ki, çətin oyun olacaq. Çünki onların da heyətində usta futbolçular çoxdur. Amma yenə deyirəm, çəkinmədən aqressiv oynasaq, uda bilərik”.
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts isə keçirdiyi mətbuat konfransında oyunla bağlı belə danışmışdı:
“90 dəqiqə mübarizə aparmalıyıq. Futbolumuzun inkişaf etdiyini göstərməliyik. İtaliya və Xorvatiya kimi rəqiblərə qarşı oynaya bilərik. Amma iddia edə bilmərik ki, qarşıdakı iki oyunda 6 xal qazanmaq üçün mübarizə aparacağıq. Daha çox hücumameylli oynamalıyıq. Standard vəziyyətlərdə daha çox diqqətli olmalıyıq. Həmçinin hücumlar zamanı rəqib qapıçısına bir qədər də yaxın olmalıyıq”.
Qeyd edək ki, “AVRO – 2016”-nın seçmə mərhələsində Azərbaycan millisi səfərdə Xorvatiya ilə qarşılaşacaq. Matça bilet satışı davam edir. Osiyek şəhərində keçiriləcək oyun üçün artıq 13 mindən çox bilet satılıb. Görüşün keçiriləcəyi Qradski stadionu 19 min tamaşaçı tutumuna malikdir.
Xatırladaq ki, brifinqdə AFFA prezidenti Rövnәq Abdullayev vaxtı olarsa, oyunu izləməyə gedəcəyini deyib:
“Qarşıda Xorvatiya ilә oyun var. Məncə, bu oyun da kifayət qədər ağır olacaq. Onların üslubu tam başqa cürdür. İşlərimlə әlaqәdar vaxtım olsa, çalışacağam, o oyunu da canlı izlәyim”.
“AÇ-2016”-nın seçmə mərhələsi
H qrupu
13 oktyabr
23:45. Xorvatiya - Azərbaycan
Hakimlər: Stefan Studer, Sandro Potsi, Yan-Yves Vixt, Vital
Yobin.
Əlavə köməkçi hakimləri: Alayn Byeri, Saşa Amhof (hamısı
İsveçrə).
Hakim-inspektor: Lesli İrvin (Şimali İrlandiya).
UEFA nümayəndəsi: Mixal Listkyeviç (Polşa).
Osiyek. Qradski stadionu.
Aygün İlqarqızı
-
Sosial12:07
Əhməd Əhmədov cəzadan azad edildi - Video
-
Nida Xəbər 11:18
Azərbaycan Ermənistanı Haaqa Məhkəməsinə verdi - İki iddia qaldırılıb
-
Rəsmi xronika11:08
Prezident konfrans iştirakçılarına müraciət ünvanladı - Yeniləndi
-
Region10:30
Rusiya Əliyevlə Paşinyanın məşhur fotosu ilə bağlı bu addımı atdı - FOTO
-
MDB09:12
Putin qubernatorun kostyumu ilə niyə maraqlanıb?
-
Nəqliyyat08:46
Bu yollarda tıxac var - SİYAHI
-
Dünya08:34
İranda bu da oldu: 15 yaşlı qızların dünyaya uşaq gətirmələrinə İCAZƏ VERİLDİ
-
Maraq dünyası07:35
Əfsanəvi qala ilə bağlı maraqlı faktlar: Bayıl qəsrinin sirri - VİDEO