İdman
Sabiq futbolçu gecə klubunda güllələndi
Keçmiş italyan futbolçu Rosolino Selesia Palermoda (İtaliya) gecə klubunda güllələnib.
Publika.az xəbər verir ki, bu barədə “L’Unione Sarda” məlumat yayıb.
22 yaşlı Selesia xəstəxanaya aparılsa da, dünyasını dəyişib. Onun boyun və döş qəfəsinə üç dəfə atəş açılıb. Münaqişə gecə klubunun tualetində baş verib. Daha sonra polis cinayəti törətməkdə şübhəli bilinən iki qardaşı saxlayıb.
Əvvəllər Selesia “Torino”nun gənclərdən ibarət komandalarında oynasa da, sonradan karyerasının bitirib.
“Prezident Urbano Kair və bütün “Torino” Futbol Klubu gənclər komandasının keçmiş oyunçusu Rosolino Selesianın ölümü ilə bağlı ailənin ağrısını səmimi qəlbdən bölüşür. Onun yaxınlarına, bütün qohumlarına və dostlarına başsağlığı veririk”, – deyə “Torino”nun bəyanatında bildirilir.
-
Avropa03:13Parisdə QƏRİBƏ LOTERYA - Köhnə məzarın altında 50 il...
-
Mistika01:11Yaponlar bu səbəbdən soyuducunun üstünə sikkə qoyurlar
-
Magazin200:30“Türkiyənin Avroviziyaya qatılmaması yanlışdır”
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu, böyük çevrilişlərin başlanğıcı ola bilər
-
Art2 Noyabr 22:48Amerikalıdır, gədəbəylilər kimi saz çalır - VİDEO
-
Səhiyyə2 Noyabr 22:24Hansı qidalar dişləri daha çox ləkələyir? - Stomatoloq AÇIQLADI
-
İdman2 Noyabr 21:00Ronaldo şübhəli penalti vurdu, ARA QARIŞDI - VİDEO
-
ABŞ2 Noyabr 20:12Qızıl "Amerika" unitazı satışa çıxarılır - ŞOK QİYMƏT / VİDEO

































