Ronaldo şübhəli penalti vurdu, ARA QARIŞDI - VİDEO
Bizi izləyin

İdman

Ronaldo şübhəli penalti vurdu, ARA QARIŞDI - VİDEO

Səudiyyə Ərəbistanında yeni futbol qalmaqalı başlayıb.

Publika.az xəbər verir ki, şənbə günü keçirilən matçda, Cristiano Ronaldonun yer aldığı “Əl-Nəsr” son dəqiqələrdə “Əl-Faiha” üzərində 2-1 qələbə qazanıb. Lakin əsas diqqət qələbə deyil, mübahisəli penaltidir.

Kulminasiya nöqtəsi 90+14-cü dəqiqədə hakimin penalti təyin etməsi ilə yaşanıb. Ronaldo penaltini inamla qola çevirib. Ancaq problem ondadır ki, kadrlara dəfələrlə baxdıqda, penalti olmadığı aşkar görünür. Ancaq yalnız hakim hesab edib ki, bu epizodda penalti var.

İnternet dərhal reaksiyalarla partlayıb. Azarkeşlər bunu “mövsümün ən gülməli penaltisi” adlandırırlar və “Əl-Faiha” rəsmisi özünü saxlaya bilməyib:

“FİFA prezidenti İnfantino bura gəlsə belə, bunun penalti olduğuna məni inandıra bilməz”.

Müzakirələrə digər komandalarda oynayan ulduzlar da qoşulub – Malkolm, Riyad Mahrez, Merih Demiral, eləcə də Ronaldonun Portuqaliya yığmasında komanda yoldaşı Ruben Neves. Onların hamısı hakimin qərarının absurdluğuna işarə edərək gülən emojilərlə hekayələr yerləşdiriblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm