İdman
Ronaldo 2023-cü ilin bombardiri oldu
Səudiyyə Ərəbistanının "Əl-Nəsr" və Portuqaliya millisinin hücumçusu Kriştian Ronaldo 2023-cü ilin bombardiri olub.
Publika.az xəbər verir ki, 2023-cü ildə Ronaldo ümumilikdə 54 qol vurub, onlardan 10-u milli komandanın heyətində olub. Bu göstəricidə o, hər biri 52 qol vuran "Bavariya"nın ingilis hücumçusu Harri Keyni və PSJ-nin fransız hücumçusu Kilian Mbappeni geridə qoyub.
Ronaldo 30 dekabr 2022-ci ildə “Əl-Nəsr”ə keçib. Futbolçunun müqaviləsi iki illikdir. Onun klubda illik maaşı 200 milyon avrodur.
Ronaldo beşqat "Qızıl top"un sahibidir. Onun adına beş Çempionlar Liqası qələbəsi, həmçinin İngiltərə, İspaniya və İtaliyada liqa titulları var. Futbolçu Portuqaliya millisi ilə birlikdə 2016-cı ilin Avropa çempionu, qitə çempionatının gümüş və bürünc mükafatçısı, 2019-cu ildə UEFA Millətlər Liqasının qalibi olub.
Hüseyn İbadlı
-
Maraq dünyası09:18İnsanlar qocalmayacaq, ömür xeyli uzanacaq: Alimlər yolunu tapdılar
-
Magazin107:47Vəfa Şərifova qonşu ölkədə EV ALDI
-
İdman06:46Messi meymun üzlü və quyruqlu tanrıya belə səcdə etdi - FOTO
-
Cənubi Qafqaz05:15Avropa İttifaqı Gürcüstanla bağlı QƏRAR VERDİ
-
Sosial00:1522 yaşlı Məleykə əməliyyatdan bir neçə gün sonra vəfat etdi - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Çətinlik çəkə bilərsiniz
-
Magazin116 Dekabr 23:12“Fazillə hər şey bitib” - Rəqsanədən ETİRAF / VİDEO
-
Yaxın Şərq16 Dekabr 23:0035 ildən sonra Bağdadda İLK YAŞANDI






.webp)

.jpg)









.png)


















