İdman
Avro-2024-də oynayacaq? - Nə gözlədiyinizi bilirəm
"Borussiya Dortmund"un yarımmüdafiəçisi Marko Roys 2024-cü ildə Almaniyada keçiriləcək Avropa çempionatında iştirakından danışıb.
Publika.az xəbər verir ki, "Sport1.de" saytına açıqlamasında təcrübəli futbolçu bu sözləri deyib:
“Mən nə gözlədiyinizi bilirəm (gülür). Təbii ki, yayda Avropa çempionatına getmək istərdim. Amma bu, hazırda düşünmədiyim bir mövzudur. Bununla belə, nisbətən əminəm ki, Yulian Naqelsmann yaxşı formada olan oyunçuları seçəcək. Hər kəs öz çıxışları sayəsində Avropa çempionatına gedən yolu açır.
Ancaq hər hansı bir proqnoz vermək üçün turnirə hələ çox vaxt var. Hazırda bütün diqqətimi "Borussiya"ya yönəltmişəm”.
Bu mövsüm Roys 22 oyun keçirib, 5 qol vurub və 3 məhsuldar ötürmə edib. O, Almaniya millisi ilə mötəbər yarışlardan yalnız ikisində iştirakçı olub. Söhbət Avro-2012 və DÇ-2018-dən gedir. Digər yarışları isə aldığı ağır zədələr səbəbindən buraxıb.
Qeyd edək ki, bu il Almaniyada keçiriləcək Avropa çempionatı iyunun 14-dən iyulun 14-dək keçiriləcək.
Heybət
-
Maraq dünyası17:00Sürücü polisin yazdığı cərimə protokolunu yedi
-
Hadisə16:32Bakının Xətai rayonunda güclü yanğın başlayıb - VİDEO
-
Yaxın Şərq16:21Xamenei müəmması böyüyür - "Köhnə videodur, amma sağdır" deyirlər
-
Nəqliyyat15:54Bakıda sürücü avtomobili yolun ortasında qoyub getdi - VİDEO
-
Avropa15:09Almaniya XİN-dən Sülh Sammitinin ildönümü ilə bağlı paylaşım
-
Hadisə14:50Çingiz Əlioğlu vəfat etdi
-
Ekologiya12:36Yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək - HAVA PROQNOZU
-
MDB12:19Dəhşətli qəza - 4 nəfər yanaraq öldü (VİDEO)





























.jpg)








