İdman
Nurməhəmmədov gürcü ilə döyüş haqda: Bu, Dağıstanın şəxsi məsələsidir
UFC döyüşçüsü Ömər Nurməhəmmədov bildirib ki, gürcüstanlı Merab Dvalişviliyə qarşı potensial döyüşü onun və Dağıstanın şəxsi məsələsidir.
Publika.az xəbər verir ki, Nurməhəmmədov “The Bohnfire MMA” podkastında deyib:
“Düşünürəm ki, Merab qalib gəlib-gəlməməsindən asılı olmayaraq, növbəti dəfə onunla döyüşəcəyəm. Bu, indi şəxsi məsələdir. Təkcə mənim üçün deyil, bütün Dağıstan üçün”.
Dvalişvili daha əvvəl Nurməhəmmədovun komandasına və bütün dağıstanlılara hörmət etdiyini, lakin Ömərin özünü və menecerini bəyənmədiyini bildirmişdi .
Nurməhəmmədov avqustun 29-da Şanxayda keçiriləcək turnirdə iştirak edəcək və çinli Sonq Yadonqla qarşılaşacaq. Dvalişvili isə oktyabrın 24-də Əbu-Dabidə keçiriləcək UFC 333 turnirində rusiyalı Petr Yanla qarşılaşacaq.
2025-ci ildə Nurməhəmmədov UFC-nin bantamweight titul döyüşündə Dvalişviliyə yekdil qərarla məğlub olub.
-
Nida Xəbər 18:50Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye
-
Rəsmi xronika17:09“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı
-
Region16:38Ermənistanla Azərbaycan arasında sərhəddə nə baş verir? - Mirzoyandan diqqətçəkən mesaj
-
Nida Xəbər 14:48Ramin İsayevin 100 milyonluq sərvəti var imiş - Siyahı/Foto
-
Nida Xəbər 14:06Zəngəzur dəhlizi boyunca neft və qaz kəmərləri hansı ərazilərdən keçəcək?
-
Rəsmi xronika13:50Şimali Makedoniya Prezidenti İlham Əliyevə zəng etdi
-
Nida Xəbər 13:28Rəsmi Bakı 31 Türkiyə vətəndaşını “arzuolunmaz şəxs” elan etdi - Siyahı
-
İKT11:00Bəşəriyyəti məhv edəcək: Mask da süni intellektin təhlükə yaratdığını etiraf etdi




































