İdman
“Tvente”nin baş məşqçisi: “Heç bir bəhanəmiz ola bilməz”
“Tvente”nin baş məşqçisi Con van den Brom bu gün UEFA Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”la keçiriləcək cavab oyunu öncəsi mətbuat konfransında iştirak edib.
Publika.az xəbər verir ki, niderlandlı mütəxəssis komandasının şansları və qarşılaşmaya hazırlığı barədə fikirlərini bölüşüb:
“Oyundan bir neçə gün əvvəl gəlməyimiz yaxşıdır. Hazırlaşmağa kifayət qədər vaxtımız oldu. Yaxşı analizlər etmişik. İlk oyunda zəif çıxış etdiyimiz məqamları düzəltməyə çalışacağıq. Sabah əvəz çıxmaq və mərhələni keçmək üçün yaxşı imkanımız olacaq. Artıq heç bir bəhanəmiz ola bilməz. Ümid edirəm ki, yaxşı nəticə qazanacağıq.
Rəqibdən çəkinmirik, lakin “Qarabağ”ın kifayət qədər yaxşı futbolçulara malik olduğunu deyə bilərəm. Sürətli oyunçuları var. İlk oyunda necə bir komanda ilə üz-üzə olduğumuzu gördük. Buna əsasən, daha diqqətli olmalıyıq”.
-
Nida Xəbər 18:50Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye
-
Rəsmi xronika17:09“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı
-
Region16:38Ermənistanla Azərbaycan arasında sərhəddə nə baş verir? - Mirzoyandan diqqətçəkən mesaj
-
Nida Xəbər 14:48Ramin İsayevin 100 milyonluq sərvəti var imiş - Siyahı/Foto
-
Nida Xəbər 14:06Zəngəzur dəhlizi boyunca neft və qaz kəmərləri hansı ərazilərdən keçəcək?
-
Rəsmi xronika13:50Şimali Makedoniya Prezidenti İlham Əliyevə zəng etdi
-
Nida Xəbər 13:28Rəsmi Bakı 31 Türkiyə vətəndaşını “arzuolunmaz şəxs” elan etdi - Siyahı
-
İKT11:00Bəşəriyyəti məhv edəcək: Mask da süni intellektin təhlükə yaratdığını etiraf etdi




































