İdman
“Real”ın qapıçısının məvacibi açıqlandı - Qəpik-quruş
"Real”ın ukraynalı qapıçısı Andrey Luninin nə qədər məvacib aldığı açıqlanıb.
Publika.az xəbər verir ki, İspaniyanın “Sport” nəşrinin məlumatına görə, hazırkı müqaviləyə əsasən, ukraynalı qapıçı vergilərdən əvvəl ildə iki milyon avro qazanır ki, bu da bir milyon “xalis” gəlir deməkdir.
Bu, “kral klubu”nda ən aşağı maaşlardan biridir. Nəşr qeyd edir ki, buna və start heyətində zəmanət verilməyən yerə görə Lunin “Real”ı tərk edə bilər. Futbolçuya əsas namizədlərdən biri də "Arsenal"dır.
Lunin bu mövsüm Kral Klubunun heyətində 23 oyun keçirib, 19 qol buraxıb və qapısını on dəfə toxunulmaz saxlayıb.
Daha əvvəl bildirilmişdi ki, "Real”ın ulduz qapıçısı Tibo Kurtua yeni zədə səbəbindən bu mövsüm oynamayacaq, Andrey Lunin isə mövsümün sonuna qədər əsas qapıçı olaraq qalacaq.
Luninin müqaviləsi 2025-ci ilin yayına qədər nəzərdə tutulub.
-
Magazin118:12"Eşidəndə ki, kimsə rəhmətə getdi, sevinirəm"
-
Nida Xəbər 17:44Pənah Hüseyn istefa verdi
-
Region16:19Ter-Petrosyan ahıl yaşında aktiv siyasətə qayıdır?: Sədr seçdilər
-
Digər15:58Sidney terrorunda ölənlərin sayı artdı - VİDEO(YENİLƏNİB)
-
Magazin215:49"Kızılcık şerbeti"nin ulduzu yeni serialda
-
Magazin115:28Fəxrəddin Manafov onun məzarını ziyarət etdi - FOTO
-
Magazin213:19Hollivud ulduzundan maraqlı qərar: Hipnoterapevt sevgilisi ilə...
-
Magazin212:59Podolskaya ideal fiqurasını paylaşdı - FOTO























.jpg)













