Alonso "Liverpul"la "Bayern"in təklfilərini buna görə rədd edib
Bizi izləyin

İdman

Alonso "Liverpul"la "Bayern"in təklfilərini buna görə rədd edib

"Bayer"in baş məşqçisi Xabi Alonsonun Leverkuzen təmsilçisini tərk etməməsinin səbəbi bəlli olub.

Publika.az xəbər verir ki, ispaniyalı mütəxəssis bir və ya iki ildən sonra "Real"dan ona təklif gələcəyini gözləyir. Bu barədə məşhur insayder Nikolo Şira məlumat yayıb.

Mənbənin sözlərinə görə, ispaniyalı məhz bu səbəbdən “Liverpul” və “Bayern”in təkliflərini rədd edib. Qeyd edilir ki, Madrid klubunun prezidenti Florentino Peres hazırda “Los Blankosa” rəhbərlik edən Karlo Ançelottinin yerinə ən yaxşı namizəd kimi Xabini görür.

Xatırladaq ki, ötən gün 43 yaşlı mütəxəssisin rəhbərlik etdiyi “Bayer” tarixində ilk dəfə Bundesliqa çempionu olub.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm