İdman
ÇL: İlk yarımfinalçılar müəyyənləşir
Bu gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab oyunlarına start veriləcək.
Publika.az xəbər verir ki, ilk oyun günündə 2 görüş baş tutacaq.
Gecənin maraqla gözlənilən qarşılaşması Barselonada baş tutacaq. Şəhərin eyniadlı komandası Olimpiya stadionunda PSJ-ni qəbul edəcək. İlk görüşdə qələbə qazanan kataloniyalılar üstünlüklərini qorumaq əzmindədirlər. Luis Enrikenin rəhbərlik etdiyi Paris təmsilçisi də növbəti mərhələyə adlamaq arzusundadır. Buna görə qələbə qazanmaq məcburiyyətindədirlər.
Başqa bir maraqlı görüş Dortmundda keçiriləcək. Yerli “Borussiya” ilk oyunda məğlub olduğu (1:2) “Atletiko”nu qəbul edəcək. “Arılar” mərəhələ adlamaq üçün xeyli əziyyət çəkməli olacaqlar.
Hər iki görüşün start fiti Bakı vaxtı ilə saat 23:00-da veriləcək.
Qeyd edək ki, mərhələnin digər görüşləri aprelin 17-də baş tutacaq. “Mançester Siti” “Real”ı, “Bayern” isə “Arsenal”ı qəbul edəcək.
UEFA Çempionlar Liqası: 1/4 final, cavab oyunları
16 aprel
23:00 Barselona – PSJ (ilk oyun 3:2)
23:00 Borussiya D – Atletiko (ilk oyun 1:2)
-
Nida Xəbər 15:58
Fransa daxili işlər nazirinin bu iddiaları əsassızdır - XİN
-
Nida Xəbər 14:40
Almatı danışıqlarının arxasında hansı ölkə var? - Ermənilər qorxuya düşüb
-
Magazin214:05
Məşhur aparıcı tanınmaz halda - VİDEO
-
Sosial13:25
Bakıda ucuz avtomobillər satışa çıxarılır - Siyahı
-
Avropa12:45
Bu ölkə 7 saatlıq iş gününə keçir
-
Cənubi Qafqaz11:25
Ermənistan parlamenti Azərbaycan əleyhinə sənəddən imtina etdi - VİDEO
-
Nida Xəbər 11:10
Bu xanıma yüksək vəzifə verildi - FOTO
-
Nida Xəbər 10:50
Qazaxla sərhəd kəndin sakinləri şoka düşüblər: Paşinyanla görüşdə onlara nə deyiblər?