Dünya bundan danışır: Futbolçu formasını azarkeşə satdı - VİDEO
Bizi izləyin

İdman

Dünya bundan danışır: Futbolçu formasını azarkeşə satdı - VİDEO

Bir vaxtlar UEFA Çempionlar Liqasında çıxış edən "Malaqa" klubu yenidən gündəmə gəlib.

Publika.az xəbər verir ki, İspaniya çempionatının üçüncü divizionunda mübarizə aparan "ağ-göylər" çıxışı ilə deyil, başqa bir hadisə ilə gündəmə gəlib.

RFEF liqasının II qrupunda "Atletiko B" üzərində minimal hesablı qələbə qazanan komandanın futbolçuları şəkil çəkdirmək və imza vermək üçün tribunalara yaxınlaşıblar. Bu zaman maraqlı hadisə yaşanıb.

Klubun sadiq fanatlarından biri komandanın gənc oyunçusu Dani Lorensodan forma istəyib. Ancaq futbolçu bunu edə bilməyəcəyini bildirib. Lorenso fanata mövsümlük forma paylamaq limitinə çatdığını, bu baş verəcəyi halda ödəniş etməli olduğunu söyləyib.

Fanat dərhal əlini cibinə ataraq pul çıxarıb və Daniyə 50 avro təklif edib. Futbolçu tərəddüd etsə də, azarkeşin istəyini qəbul edib.

"Hər şey çox sürətli oldu. İnsanlar bunu başa düşsün, biz RFEF liqasındayıq. Bizim müqaviləmiz var. İnsanlar düşünsələr də, mən milyonçu deyiləm. Bizə paylamaq üçün bir neçə köynək verirlər, mən artıq limiti keçdim. Belə olanda klub bizi çətin vəziyyətə salır.

Bu vəziyyəti tribunada olan azarkeşə dedim. Həmin şəxs cibindən 50 avronu çıxartdı. Bunu təklif etməsi məni təəccübləndirsə də, ən təbii reaksiyanı verdim. Bir az daha düşünməsini istədim. Amma o fikrini dəyişmədi. Bunu dünyadakı ən yaxşı niyyətlə etdim" - deyə Lorenso hadisə haqqında İspaniya mətbuatına danışıb.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm