"Real"ın futbolçusu komandadan ayrıldı
Bizi izləyin

İdman

"Real"ın futbolçusu komandadan ayrıldı

"Real"ın futbolçusu komandadan ayrıldı

İspaniyanın “Real” (Madrid) kollektivinin hücumçusu Xuanmi Latasa komandadan ayrılıb.

Publika.az xəbər verir ki, 23 yaşlı forvard İspaniyanın digər klubu “Valyadolid”ə transfer olunub.

O, “ağ-bənövşəyilər”lə 5 illik müqavilə bağlayıb. "Transfermarkt" portalı futbolçunun dəyərini 2,5 milyon avro qiymətləndirir.

Qeyd edək ki, əvvəlki iki mövsümü “Xetafe”də icarə əsasında keçirən Latasa meydana çıxdığı 57 oyunda 7 qol vurub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm