İçdikcə buzlar əriyib: Lavrovla Moteqi araq masasında nəyi həll ediblər?
Bizi izləyin

Dünya

İçdikcə buzlar əriyib: Lavrovla Moteqi araq masasında nəyi həll ediblər?

İçdikcə buzlar əriyib: Lavrovla Moteqi araq masasında nəyi həll ediblər?

Yaponiyanın xarici işlər naziri Tosimitsu Moteqi Rusiya ilə münasibətlərin pərdəarxası məqamlarını açıqlayıb.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, nazir rusiyalı həmkarı Serqey Lavrovla aralarında yaranan etimad mühitindən və Moskvadakı qeyri-rəsmi görüşlərin detallarından danışıb.

Moteqi xatırladıb ki, 2019-cu ilin dekabrında Moskvaya səfəri zamanı tərəflər arasında olduqca uzun və gərgin danışıqlar aparılıb. Maraqlıdır ki, nazir bu müzakirələrin təkcə diplomatik protokollarla bitmədiyini, masada spirtli içkilərin - rus arağı və yapon viskisinin də olduğunu etiraf edib. O, bu cür səmimi mühitin mürəkkəb məsələlərin həllinə kömək etdiyini bildirib.

Ukrayna müharibəsi başladıqdan sonra münasibətlərin kəskin şəkildə pisləşdiyini deyən Moteqi, buna baxmayaraq, dialoqu "ölü nöqtə"dən tərpətmək niyyətində olduğunu bildirib. Nazir əsas hədəfinin strateji mövzularda irəliləyişə nail olmaq olduğunu vurğulayıb.

Müəllif: Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm