İdman
“Sabah”ın afrikalı uşaqlarının İsveçrə macərası: Azərbaycan futbolunu kimlər biabır edir? - FOTOLAR
“Sabah”ın 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında ilk oyununu keçirdi. “Bayquşlar” səfərdə İsveçrə təmsilçisi “Bazel”ə biabırçı hesabla məğlub oldu – 0:6.
Azərbaycan futbolunun mövcud vəziyyətini nəzərə alsaq, "Sent Yakob Park" stadionunda keçirilən görüşün nəticəsi gözlənilən idi. Ölkəmizdə uşaq futbolunun səviyyəsi hər kəsə bəllidir. Ancaq bu məğlubiyyət ictimaiyyətdə birmənalı qarşılanmadı.
Təbii ki, bunun səbəbi var. Meydanda “Sabah” forması ilə çıxış edən və məğlub olan futbolçuların hamısı azərbaycanlı olsaydı, yəqin ki, nəticə ilə barışmaq olardı. Ancaq İsveçrədə meydana çıxan komandanın 3 futbolçusu və baş məşqçisi əcnəbi olmasaydı.
Bəli, Azərbaycan futbolunda rast gəlinən anormal hadisələrdən birini “Sabah” reallaşdırdı. Uşaq futboluna diqqət və qayğıdan dəm vuran paytaxt klubunun rəhbərliyinin yalanı növbəti dəfə ortaya çıxdı. Onlar növbəti dəfə bu əməlləri ilə məqsədlərinin Azərbaycan futbolunu inkişaf etdirmək olmadığını bəlli etdilər. Belə fikirləri olsaydı, qanalı Başit Avudu, nigeriyalılar Tiilehin Oluvaseun və Stefen Endeni transfer etməzdilər.
Baş məşqçi Adino Mustedanaqiç haqqında danışmamamaq mümkün deyil. “Bazel”ə 6 cavabsız topla məğlub olmağı hansısa xorvat yox, öz mütəxəssislərimiz də bacarardı. Amma “Sabah”da belə düşünmürlər.
Yəqin ki, onların əcnəbiləşdirmə siyasətində müəyyən maraqları var. Az qala Elm və Təhsil Nazirliyinin bütün idman infrastrukturu bu kluba verilib. Üstəlik, nazirlik ildə 1 milyon manat da nağd pul ayırır “Sabah”a. Ayırır ki, azərbaycanlı uşaqlar idmanla məşğul olsunlar. Bəs “Sabah” rəhbərliyi nə edir? Gedib Afrikadan uşaqlar gətirirlər ki, “Bazelə” 0:6 hesabı ilə məğlub olsunlar. Azərbaycanlı uşaqların marağının bu afrikalılarla qurban verilməsində məqsəd nədir? Kimlər bu əməliyyatdan nə qazanırlar? Bu sualın cavabını yəqin ki, “Sabah” rəhbərliyi bilir. Amma bizim bildiyimiz odur ki, bundan Azərbaycan heç nə qazanmır.
Bu deməkdir ki, belə vəziyyət yeni yeyinti mənbələri yaradır. Futbolçulara və onların məşqçilərinə xərclən pulların böyük qismi məhz dövlətin klublara ayırdığı yardımın bir hissəsini əhatə edir. Mövsümü əhatə edən 3 milyonluq yardımın bir hissəsinin uşaq futboluna yönəldilməsi məhz klublar qarşısında əsas meyarldan biri kimi qoyulub.
Ancaq bu pullar doğru ünvana, azərbaycanlı uşaqların inkişafına xərclənirmi? Görünən kənddə bələdçiyə ehtiyac yoxdur. Əcnəbi sevdalısı olan “Sabah” rəhbərliyi üçün bu məqam elə də maraqlı deyil. Onlara lazım olan özlərinin və ətraflarının ciblərini zənginləşdirməkdir ki, buna nail olurlar. Əvvəllər əsas komanda ilə kifayətlənən klub rəhbərliyi indi uşaq futbolunu da hesab-kitaba qatıb. Afrikadan gətirilən futbolçular, xorvatiyalı məşqçi bunun göstəricidir.
"Sabah"ın məqsədi nədir? Hədəf nədir, nəyə hesablanıb? Afrikalıların komandada olması 0:6 hesablı məğlubiyyət üçündür.
Bu suallara “Sabah”ın mətbuat xidmətinin cavabı belə oldu:
“Hazırda U-19 komandamızın üzvlərinin əksəriyyəti futbolda ilk addımlarını məhz “Sabah” Futbol Akademiyasında atmağa başlayıblar. Həmin uşaqların əksəriyyəti akademiyamızın yaradıldığı 2018-ci ildən bizim üzvümüzdür. Akademiyamızın komandalarında pillə-pillə yüksələn bu futbolçular son mövsümdə ölkə çempionatının Gənclər Liqasında qalib olaraq, klub tarixində ilk dəfə ölkəmizi UEFA Gənclər Liqasında təmsil etmək haqqı qazandılar. Hazırda “Sabah”ın U-19 komandasında cəmi 2 legioner çıxış edir ki, onlar da yayda komandaya qoşulan – nigeriyalı Stefen Ende və qanalı Avudu Başitdir. UEFA Gənclər Liqasında çıxış edən komandalarda legioner futbolçuların xidmətindən istifadə edilməsi təcrübəsi var. Müqayisə üçün rəqib “Bazel”in heyətində 5 legioner futbolçu çıxış edirdi. Həm Endenin, həm də Başitin komandaya cəlb olunması gələcək perspektivə hesablanıb”.
-
Magazin219:48
“Sabah ölmək istəyirəm”
-
Sosial19:36
Əhalinin NƏZƏRİNƏ: Sabah bu ərazilərdə qaz olmayacaq
-
İdman19:00
"Real Madrid"dən Mbappenin vəziyyəti ilə bağlı AÇIQLAMA - 10 gün vaxt lazımdır ki...
-
MDB18:24
Yetkinlik yaşına çatmayan qız bu ölkənin ən gənc ÇOXUŞAQLI ANASI OLDU
-
Dünya17:42
Trampın oğlu Zelenskini yenə ƏLƏ SALDI - VİDEO
-
Sosial17:19
Əhaliyə xəbərdarlıq: dekabrın 13-də...
-
Sosial16:27
Havanın temperaturu 5-10 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ
-
Sosial15:40
Yeni Günəşlidə dəhşətli hadisə: Tikinti şirkəti gecə saat 3-də qazinin əmlakını dağıtdı - FOTOLAR