Nida Təhlil
İran 5 gün ərzində İsrailə hücum edəcək? - Mümkün ssenarilər
İranın İsrailə cavab zərbəsini noyabrın 5-də ABŞ-dakı seçkilərə qədər endirəcəyi haqda məlumatlar yayılıb. ABŞ və İsrail mediasının tirajladığı bu informasiya İranı mümkün hücumdan çəkindirmək, yaxud təxirə salmağa məcbur etmək məqsədi də daşıya bilər. Çünki seçkiyə günlər qalmış İsrailə hücum Təl-Əvivin Tehrana qarşı addımlarını maksimum məhdudlaşdırmağa çalışan ABŞ-ın mövcud administrasiyası üçün fors-major situasiya yarada, yəhudi icmasının seçiminə təsirə edə biləcək amildir.
Lakin bu informasiyanın doğruluğu – İranın ABŞ seçkilərinə qədər İsrailə cavab zərbəsi endirmək planı da istisna edilməməlidir.
İran İsrailin 26 oktyabr hücumuna cavabın veriləcəyi mesajını dini lider Xamenei və prezident Pezeşkian səviyyəsində elan edib. İranın 1 oktyabr və 26 oktyabr hücumları arasında bərabərlik qoyacağı ehtimalı da azdır, çünki İsrailin “müqavimət oxu”na qarşı əməliyyatları davam edir, Təl-Əvivlə birbaşa müharibədən qaçan Tehranın “hesab bərabərləşdi” yanaşması ilə geri çəkilməsi ilk növbədə proksi qüvvələri üzərindəki təsir imkanlarına zərər yetirə bilər. Bu baxımdan, “danışılmış döyüş” səviyyəsində olsa belə, İranın nəsə edəcəyi gözləntisi çoxdur.
Və bu hücumun məhz ABŞ-da prezident seçkilərinə qədər edə biləcəyini şərtləndirən amillər var. Bayden administrasiyasının İran-İsrail qarşıdurmasında vəziyyəti nəzarətdə saxlaması genişmiqyaslı müharibə istəməyən Tehranın da maraqlarına uyğundur. Seçkilərdə anti-İran mövqeyi ilə tanınan Trampın mümkün qələbəsi isə İsrailə “cavab zərbəsi”nin risklərini böyüdə, hətta mümkünsüz edə, həmçinin, Vaşinqtonda yeni administrasiyanın dəstəyi ilə Tehrana müdaxilə ssenarilərini belə gündəmə gətirə bilər. Bu baxımdan, İsrailə cavab zərbəsinin seçkiyə qədər – Ağ Evdə dəyişiklik olmadan endirilməsi İran üçün daha sərfəli görünür.
Asif Nərimanlı
-
Yaxın Şərq03:13Husilərin hücumları fonunda neft kəskin bahalaşdı
-
Avropa02:42"Kiyev və Moskva danışıqlarda ciddi irəliləyiş əldə edib" - Rustem Umerov
-
Hadisə00:15Bakıda ağır ekran adamların üzərinə aşdı: xəsarət alan var - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bütün detalları diqqətlə yoxlayın
-
Kriminal20 Sentyabr 23:12Göygöldə dəhşətli qətl
-
Magazin220 Sentyabr 21:48İki məşhur xanımın arasında nələr baş verir? - “Heç vaxt belə bir əlaqə yaşamamışam”
-
Qarabağ 20 Sentyabr 21:00Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olundu - FOTO
-
Magazin120 Sentyabr 20:12Zaur Kamalın vəziyyəti pisləşdi



































