İdman
"Sportinq"lə darmadağınla vidalaşan Amorim: Belə də olmalı idi
"Sportinq"in baş məşqçisi Ruben Amorim Çempionlar Liqasında "Mançester Siti" üzərində qazanılan böyük hesablı qələbəni (4:1) şərh edib.
Publika.az xəbər verir ki, UEFA-nın mətbuat xidmətinə danışan 39 yaşlı mütəxəssis bu sözləri deyib:
“Daha yaxşı ola bilməzdi. Bu gün bəxtimiz gətirdi. Bizim üçün çox çətin ilk hissə oldu. Topa sahib olmadığımız anlarda əsəblər çox idi, amma fasiləyə yaxın ilk qolu vuran kimi oyunu düzəltdik.
Təbii ki, ikinci hissənin əvvəlində vurulan iki qol da çox kömək etdi. Atmosfer inanılmaz idi. Düşünürəm ki, mənim vidalaşmam belə olmalı idi”.
Xatırladaq ki, portuqaliyalı məşqçi "Sportinq"in sükanı arxasında son ev oyununu keçirib. O, artıq “Mançester Yunayted”lə müqavilə imzalayıb və noyabrın 11-də İngiltərə təmsilçisində işinə başlayacaq.
Heybət
-
Region03:43Tehran ABŞ ilə danışıqların bərpası üçün şərtləri açıqladı
-
Sağlamlıq03:13Piylənmə üçün mükəmməl vasitə kəşf edildi
-
ABŞ02:12"SpaceX"in gəlirləri kəskin artırdı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Həyat yoldaşınızdan şad xəbər ala bilərsiniz
-
Avropa20 Oktyabr 23:36"Avropa Ukraynadakı münaqişədən yorulub" - Donald Tramp
-
İdman20 Oktyabr 22:30"Sabah" doğma meydanda "Borussiya"ya məğlub oldu - YENİLƏNDİ
-
Magazin220 Oktyabr 22:24Dünyanın ən gözəl qadını saunada çılpaq poza verdi - FOTO
-
Nəqliyyat20 Oktyabr 21:24Sabah bu yolda hərəkət tam məhdudlaşdırılacaq















.jpg)

.jpg)
















