İdman
“Qarabağ”ı yıxan gürcü: Mütləq Bakıya qayıdacam
“Birinci hissədə bizə bir az çətin oldu. İkinci yarıda baş məşqçi oyun üslubunu dəyişdi. Bunun faydasını meydanda gördük. Beləcə, daha çox qol vurduq”.
Bu sözləri Publika.az-a açıqlamasında “Lion”un futbolçusu Jorj Mikuatadze deyib. Avropa Liqasının 5-ci turu çərçivəsində baş tutan “Qarabağ”la oyunu (1:4) dəyərləndirən gürcü futbolçu qazanılan qələbənin onlar üçün əhəmiyyətli olduğunu bildirib:
“Bakıya 3 xal üçün gəlmişdik. Bizim üçün önəmli olan oyun ərzində çoxsaylı qollar vurmaq yox, qələbə qazanmaq idi”.
Avro-2024-ün bombardirlərindən biri olan Mikuatadze Ağdam təmsilçisinin ünvanına xoş sözlər səsləndirib:
“Qarabağ” çox yaxşı komandadır. Onların bu gün qol vurmaq üçün çox şansı oldu. Xoşbəxtlikdən ələ keçirdikləri fürsətlərdən istifadə edə bilmədilər. Biz daha çox qol vurduq. "Qarabağ"ın oyunu xoşuma gəldi”.
Gürcüstan millisinin üzvü Bakı şəhəri haqda da təəssüratlarını bölüşüb:
“Bakıda olduğumuz müddətdə şəhəri gəzmək imkanım oldu. Paytaxtınız çox xoşuma gəldi. Gözəl şəhəriniz var. İstirahət üçün bir gün mütləq bura qayıdacam”.
Heybət
-
MDB02:42Medvedev Ermənistana xəbərdarlıq etdi
-
Nəqliyyat00:30Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Oğrulardan ehtiyatlı olun
-
İdman3 Oktyabr 21:36İspaniya mətbuatından Arda Güler şərhi: “Daimi kabus yaşayır”
-
Magazin23 Oktyabr 20:36Hülya Avşar makiyajsız halı ilə diqqət çəkdi - (Foto)
-
Magazin23 Oktyabr 19:00Məşhur aktyorun 13 yaşlı qızı niyə ölüb?
-
İdman3 Oktyabr 18:25Baş məşqçidən Ronaldoya sülh təklifi - Neytral ərazidə...
-
Ekologiya3 Oktyabr 17:13Bu ərazilərə qar yağır - Faktiki hava
































.jpg)
