İdman
Dərd batmanla gəlir: Borc yarım milyarda çatdı, səhmlər ucuzlaşdı
“Mançester Yunayted” maliyyə ilinin ilk rübündə xalis zərərin və borcun artdığını bildirib.
Publika.az “Reuters” agentliyinə istinadla xəbər verir ki, 30 sentyabrda bitən rüblükdə klubun xalis zərəri 18,1 milyon funt sterlinq təşkil edib. Ötən ilin eyni dövründə bu rəqəm 6,6 milyon funt idi.
Klubun borcu ötən illə müqayisədə 93 milyon funt sterlinq artaraq 577,4 milyon funt sterlinqə çatıb. “Mançester Yunayted” bunu iyun ayında kreditin yenidən maliyyələşdirilməsi ilə əlaqələndirib.
Maliyyə nəticələri komandanın mövsümə uğursuz başlaması fonunda dərc olunub.
“Mançester Yunayted” Premyer Liqa turnir cədvəlində 18-ci yerdədir . Komanda on liqa matçından yalnız birində qalib gəlib. Maykl Karrikin istefaya göndərilməsindən sonra klub Maurisio Poçettinonu baş məşqçi təyin edib.
Hesabatdan sonra “Mançester Yunayted”in ABŞ-da qeydiyyatdan keçmiş səhmləri bazar öncəsi ticarətdə təxminən 9% ucuzlaşıb.
Klub həmçinin illik gəlir və əsas mənfəət proqnozlarını qoruduğunu və maliyyə dayanıqlılığı qaydalarına riayət etməyə davam etdiyini açıqlayıb.
Müəllif: Tural
-
Rəsmi xronika12:36Vyetnamın Azərbaycanda səfirliyi açılacaq
-
Rəsmi xronika12:33İlham Əliyev Vyetnamın Baş naziri ilə görüşdü - FOTO/YENİLƏNDİ
-
Nida Xəbər 11:21Media müsabiqələrində YENİLİK
-
Elm və təhsil10:40Rektor təyin olunan Məleykə Abbaszadədən ilk açıqlama: “Böyük vədlərlə başlamaq istəməzdim”
-
Yaxın Şərq10:28NATO Türkiyənin təhlükəsizliyini təmin edə bilmədi - Fidandan vacib açıqlama
-
Rəsmi xronika10:20Əliyev Vyetnamın Milli Assambleyasının sədri ilə görüşdü - FOTO
-
Nida Xəbər 10:13“Atlant”ın rəhbəri öldü - FOTO
-
Nida Xəbər 09:30Keçmiş nazirə yeni vəzifə verildi - FOTO






















.png)














.png)
