İdman
Futbol matçında ara qarışdı, 100-ə yaxın insan öldü
Qvineyada futbol matçında azarkeşlər arasında baş verən qarşıdurma nəticəsində yüzlərlə insan ölüb.
Publika.az xəbər verir ki, hadisə Nzerekore şəhərində keçirilən final matçında, "Nzerekore" və "Labe" komandalarının oyununda baş verib. Bu barədə AFP məlumat yayıb.
Mənbənin sözlərinə görə, münaqişə komandalardan birinin xeyrinə mübahisəli penalti təyin edildikdən sonra yaranıb. Azarkeşlər hakimin qərarını ədalətsiz hesab edərək, meydançaya giriblər və daş atmağa başlayıblar. Bu da qarşıdurmaya səbəb olub.
“Hökumət futbol matçına xələl gətirən insidentdən təəssüflənir. İzdiham nəticəsində insan tələfatı var. Hökumət vəziyyəti izləyir və zərərçəkənlərə ilk tibbi yardım göstərən xəstəxana xidmətlərinə mane olmamaq üçün bir daha sakitliyə çağırır”, - deyə baş nazir Amadu Ouri Ba sosial media səhifəsində yazıb.
Bəzi məlumatlara görə, hadisədən sonra şəhərdə meyitxana və xəstəxanalarda yer qalmayıb. Çünki qurbanların sayı yüzlərlə olub. Azarkeşlər arasında münaqişə şəhər küçələrində də davam edib.
Heybət
-
MDB10:40Rusiya ordusu Kiyevin ən güclü İstilik Elektrik Stansiyasını vurdu
-
Hadisə10:31Şahdağa qar yağdı - Faktiki hava
-
İqtisadi gündəm10:045,03 trilyonluq zirvə: “Apple” yenidən birincidir
-
Maraq dünyası09:55Qatar bu dəfə ayı vurdu - Sərnişinlər gecəni vaqonlarda keçirdilər
-
ABŞ09:19Donald Trampın arzuladığı Nobel mükafatına Melaniya yaxınlaşdı - "The Telegraph"
-
ABŞ08:15İrana yeni zərbə dalğası endiriləcək - Dəqiq tarix açıqlandı
-
Cənubi Qafqaz07:35“Azərbaycanın istədiyi Konstitusiya bizi alt-üst edəcək!” - Karapetyan
-
Magazin204:30“Taxt oyunları”nın ulduzu Kiyevdə sığınacaqda - Foto
































.jpg)
.jpg)
