İdman
Formula 1-in fəxri prezidenti möhtəşəm kolleksiyasını satır: Görün nələr var
Formula 1-in fəxri prezidenti Berni Ekklstoun dəyəri 300 milyon funt sterlinqdən çox olacağı gözlənilən Formula 1 yarış avtomobillərinin bütün kolleksiyasını satır.
Publika.az xəbər verir ki, 94 yaşlı Ekklstoun dörd onillikdir ki, Formula 1-in bir hissəsidir və onun 70 illik Qran Pri yarışlarını əhatə edən 69 avtomobil seriyası dünyanın ən böyük yarış avtomobilləri kolleksiyası hesab olunur. Kolleksiyaya Mixael Şumaxeri üçüncü çempionluğa aparan “Ferrari” başçılıq edir.
Artıq alıcılar britaniyalı yarışçı Stirlinq Mossun 1958-ci il istehsalı olan “Vanwall” və eyni mövsümdə çempionluq titulunu qazanmış onun həmyerlisi Mayk Havthornenin “Ferrari” avtomobillərini əldə edə bilərlər.
Ekklstoun kolleksiyasından ayrılmaq qərarını belə izah edib: “Bütün maşınlarımı sevirəm, amma artıq burada olmasam, onların başına nə gələcəyini düşünmək vaxtım gəldi və buna görə də onları satmaq qərarına gəldim. Onları bu qədər uzun müddət yığıb sahibləndikdən sonra hara getdiklərini bilmək və mən olmasam, onları həyat yoldaşımın himayəsinə buraxmamaq istərdim”.
-
Nida Xəbər 02:30Leyla Əliyeva UN-Habitat-ın regional ofisinin direktoru ilə müzakirə apardı - FOTO
-
Qoroskop00:15Günün ULDUZ FALI - Ona vaxt ayırmaqdan çəkinməyin
-
Magazin112 Noyabr 23:36Tanınmış xanəndə: "Geyimlərimi moda evinə kirayə verib faiz götürürəm"
-
Rəsmi xronika12 Noyabr 23:12Britaniya ilə müdafiə sahəsində əməkdaşlıq gücləndirilir - Təhdidlərə birgə cavab veriləcək
-
İdman12 Noyabr 22:30Toral Bayramov: "Sabah xalqımızı sevindirmək istəyirik"
-
Avropa12 Noyabr 21:36Britaniya xüsusi təyinatlılarını qorxudan detal - Əməliyyatlar zamanı nə baş verir?
-
Region12 Noyabr 20:40Türkiyədə helikopter qəzası: 4 hərbçi şəhid oldu - FOTO
-
Sosial12 Noyabr 20:00Məclis.info saytının rəhbərinə ağır cəza verildi





























.jpg)








