İdman
6 yaşlı azarkeşin böyük "qəbahəti" - Stadiona gəlmək qadağan edildi
Fransanın "Havr" klubu matç zamanı tamaşaçıların davranış qaydalarını pozduğu üçün 6 yaşlı azarkeşin stadiona gəlməsini qadağan edib.
Publlika.az xəbər verir ki, bu barədə “L'Équipe” məlumat yayıb.
Noyabrda “Reyms”lə oyunda (0:3) azyaşlı oğlan uşağı tribunadan karton fincanlar və kağız toplar atıb. Ehtimal ki, o, bunu tribunadakı dostuna qarşı edib. Yad əşyalar sahəyə çatmayıb, heç kimə dəyməyib və reklam lövhələrinin arxasına düşüb. Buna baxmayaraq, bu fakt matç nümayəndəsinin hesabatında qeyd edilib və “Havr”ın cərimələnməsi üçün əsaslardan biri olub.
“Bir az kədərlidir, amma biz bu məsələ ilə bağlı tədbir görməliyik. Biz azarkeşlərimiz arasında maarifləndirmə işi aparmalı və göstərməliyik ki, stadion şənlik yeridir”, - deyə klubdan bildirilib.
Azyaşlı fanatın stadiona gəlməsinə qoyulan qadağa yanvarın əvvəlinə kimi qüvvədə qalacaq. Valideynləri cəzaya etiraz etməyiblər.
Qeyd edək ki. "Havr" Fransa çempionatının turnir cədvəlində 13 turdan sonra 16-cı yerdədir.
Heybət
-
Sağlamlıq21:48Acı qəhvənin sirri: Beyin və bağırsaq arasındakı gizli əlaqə deşifrə edildi
-
Nida Xəbər 21:36Türk düşməni, xain Gergerlioğlu savadsızlığı ilə özünü necə ifşa edir?
-
İdman21:24FIFA prezidentinin başı dərddə - ABŞ Konqresinə çağırıla bilər
-
Magazin220:12“Eşref Tek” ən çox ona güvənəcək - FOTO
-
Avropa20:00Zelenski Əbu-Dabidəki üçtərəfli görüşdən danışdı - Nələr müzakirə edilib?
-
İdman19:36Emin Abbasova yüksək vəzifə verildi
-
Region18:36İran yeni yeraltı raket şəhərciyini istifadəyə verdi
-
ABŞ18:24Heqset ona qarşı impiçment təşəbbüsünə belə reaksiya verdi























.jpg)









