İdman
"Siti" ilə bağlı dinləmələr başa çatdı: Yekun qərar nə vaxt veriləcək?
London Beynəlxalq Mübahisələrin Həlli Mərkəzi "Mançester Siti"dəki maliyyə pozuntuları ilə bağlı dinləmələri başa çatdırıb.
Publika.az "Daily Mail"ə istinadən xəbər verir ki, dinləmələr sentyabrın 16-dan dekabrın 6-dək davam edib. Yaxın aylarda bununla bağlı qərar veriləcək.
Bildirilir ki, nəticədən asılı olmayaraq, tərəflər apellyasiya şikayəti verəcək, ona görə də yekun hökm 2025/26 mövsümünün sonundan tez məlum olmayacaq.
Keçən ilin fevralında Premyer Liqa bildirmişdi ki, “Siti” 2009/10 mövsümündən 2017/18 mövsümünə qədər daxil olan gəlirləri barədə qərəzli, məşqçi və oyunçulara verilən bonuslarla bağlı qeyri-kafi məlumat verməkdə ittiham olunur. Bütün bunlar gəlirlilik və davamlılıqla bağlı UEFA lisenziyalaşdırma qaydalarına, maliyyə "fair-play" və liqa qaydalarına uyğun olmayıb.
Müstəqil komissiya daha sonra "Siti"yə qarşı iddia edilən 115 pozuntu ilə bağlı araşdırmaya başlayıb. Avqust ayında Böyük Britaniya mediası klubun xal cəzası ilə üzləşə biləcəyini və bunun çox güman ki, Çempionşipə düşmə ilə nəticələnəcəyini yazmışdı.
Heybət
-
Nida Xəbər 09:00Ombudsman vəzifəsinə bu şəxslərin namizədliyi irəli sürülüb - ADLAR
-
Sağlamlıq08:00Dəri problemlərinin gizli səbəbi aşkarlandı
-
İdman07:30Mourinyonun “xaos” fəlsəfəsi: “Real Madrid”in uğurunun arxasında nə dayanır?
-
Magazin106:46"Oğluma dəmişəm ki, biznesmen ol, sənətdə pul yoxdur" - Baba Vəziroğlu
-
Pul05:15"Bitcoin" kəskin ucuzlaşdı
-
Region03:43İranın cənub-şərqində partlayışlar baş verdi
-
Magazin203:13“Ulduz yolu” filminin aktyoru 86 yaşında vəfat etdi
-
Səhiyyə02:42Bu insult növü daha təhlükəlidir - Nevroloqdan xəbərdarlıq











.jpg)
























.jpg)
.jpg)