İdman
“Qarabağ” İsveç səfərində: Ya davam, ya da…
Azərbaycanın avrokuboklardakı yeganə təmsilçisi “Qarabağ” Avropa Liqasında növbəti sınağına çıxır.
Publika.az xəbər verir ki, Ağdam klubu turnirin əsas mərhələsinin 6-cı turu çərçivəsində səfərdə “Elfsborq”la qarşılaşacaq.
”Kölən atlar” bu görüşə 3 ciddi itki ilə çıxacaq. Baş məşqçi Qurban Qurbanov yarımmüdafiəçi Aleksey İsayev, müdafiəçiləri Bəhlul Mustafazadə və Kevin Medinanım xidmətindən yararlana bilməyəcək.
İsveç təmsilçisi ilə qarşılaşmanı Portuqaliyadan olan hakimlər briqadası idarə edəcək.
“Qarabağ” əvvəlki 5 oyundan 4-də uduzub, 1-də qalib gəlib. Təmsilçimiz qalib gəlməklə pley-off şanslarını qoruya bilər. Əks halda ağdamlıların işi möcüzəyə qalacaq.
“Elfsborq” isə 5 oyunda 3 məğlubiyyət, 1 qələbə və 1 heç-heçə ilə yadda qalıb. İsveçlilər üçün də “Qarabağ”la görüş son şansdır.
Avropa Liqası: 6-cı tur
12 dekabr
00:00 Elfsborq – Qarabağ
Baş hakim: Antanio Nobre (Portuqaliya)
“Boras Arena”.
Heybət
-
Sosial20:00Məclis.info saytının rəhbərinə ağır cəza verildi
-
ABŞ19:00Ağ Evin yaxınlığında atışma - Yaralılar var
-
Rəsmi xronika16:41İlham Əliyev Maya Sandu ilə görüşdü - FOTO
-
Nida Xəbər 15:53Teymur Musayevə yeni vəzifə verildi
-
Rəsmi xronika15:13İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşdü
-
MDB14:08Korrupsiya qalmaqalı böyüyür: Pəncərədən 8 çamadan dolları küçəyə atan kimdir? - VİDEO
-
Sosial13:58Dublində "Avropa Siyasi Birliyi"nin sammiti BAŞLAYIR
-
İqtisadi gündəm12:18Bakıda 8 bina sökülür, sakinlərə nə qədər kompensasiya ödəniləcək? - VİDEO






































