İdman
Agenti Yamala görün kimi nümunə göstərib
"Barselona"nın vingeri Lamin Yamalın agenti Jorje Mendeş maraqlı açıqlama verib.
Publika.az xəbər verir ki, o, 17 yaşlı futbolçuya "Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldodan nümunə götürməyi tövsiyə etdiyini deyib:
“Yamal hələ çox gəncdir, lakin onu çox böyük gələcək gözləyir. Ən yüksək səviyyədə uğur qazanmaq və bir nömrə olmaq üçün hər cür şəraiti var. Düşünürəm ki, Kriştiano Lamin və bütün gənc oyunçular üçün əla nümunədir. Demək olar ki, heç kimin çatmadığı səviyyədir. Bu gün onun 1000 qol vurmaq hədəfi var. Heç kimin bacarmadığına nail olub.
Lamin təkcə meydanda deyil, həm də meydandan kənarda Kriştianonun karyerasını idarə etməsi baxımından yaxşı nümunəyə malikdir. Onun 40 yaşı var, amma hələ də yarışmağa davam edir. Bu, çox gözəl nümunədir”
Qeyd edək ki, bu mövsüm Lamin Yamal "Barselona"nın heyətində bütün turnirlərdə 21 oyun keçirib, 6 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb. Onun Kataloniya klubu ilə müqaviləsi 2026-cı ilə qədərdir.
Heybət
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi
-
Nida Xəbər 21 Oktyabr 18:50Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye
-
Rəsmi xronika21 Oktyabr 17:09“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı
-
Region21 Oktyabr 16:38Ermənistanla Azərbaycan arasında sərhəddə nə baş verir? - Mirzoyandan diqqətçəkən mesaj




























