İdman
Mourinyo onları ələ saldı
“Fənərbağça”nın baş məşqçisi Joze Mourinyo müasir futbolun problemlərini şərh edib.
Publika.az xəbər verir ki, Mourinyonun sözlərini “Corriere dello Sport” sitat gətirib.
- VAR və xalis vaxt haqqında danışa bilən sonuncu mənəm. Bu mövzuları futbol “fenomenlərinə” buraxaq. Mən sadəcə məşqçiyəm.
– Futbol “fenomenləri”? Onlar kimlərdir?
– Qələbə qazanmağı bilməyən “yaxşı” məşqçilər. Sosial media ekspertləri. Qərar vermək gücünə malik insanlar futbolu mənim atom fizikasını bildiyim qədər bilirlər. Futbol səthilik və klişelər aləmidir. Heç kim etiketlərdən imtina etmir. Adətən insanlar mənim haqqımda danışanda 15, 12, 8 və ya 10 il əvvəl baş verənləri düşünürlər.
Bu, adətən ən yaxşı komandalara rəhbərlik edən və Avropa finallarına çıxmaq şansına malik olan böyük məşqçilərin əksəriyyətində belədir. Son illərdə üç dəfə finala yüksəlmişəm: bir dəfə “Mançester Yunayted”lə, iki dəfə “Roma” ilə. Bütün bunlara kiçik təəccüblə və eyni zamanda qürurla baxıram. Axı Avropada qalibiyyət tarixi olmayan klubla belə nəticə əldə edəndə anlayırsan ki, xüsusi nəyəsə nail olmusan”.
Qeyd edək ki, keçirdiyi 16 oyundan sonra “Fənərbaxça” 36 xal toplayaraq Türkiyə çempionatının turnir cədvəlində ikinci pillədə qərarlaşıb. “Qalatasaray” 44 xalla turnir cədvəlinə başçılıq edir.
-
MDB19:50KTMT-dən sərt qərar: Ermənistan iki hüququndan məhrum edildi
-
Nida Xəbər 18:20Vətəndaşlar bəzi dövlət xidmətləri üzrə əlavə ödənişlərdən azad edilə bilər
-
Hadisə16:06Xocavənddə minaya düşən traktorçunun bir əli amputasiya olundu - YENİLƏNDİ
-
Nida Xəbər 14:55Ərdoğan Azərbaycana təşəkkür etdi
-
Region12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü
-
Region10:58Rus turistlərin üz tutduğu ölkələr: Ermənistana səfərlər kəskin artıb
-
Nida Xəbər 10:19XİN Polşa və Anqolanı təbrik etdi







.webp)





.jpg)


.jpg)







.jpg)














