İdman
“Qalatasaray” qələbə seriyasını davam etdirdi
Futbol üzrə Türkiyə Superliqasında XIX turun növbəti oyunları keçirilib.
Publika.az xəbər verir ki, günün mərkəzi qarşılaşmasında “Qalatasaray” səfərdə “Başakşəhər”lə üz-üzə gəlib. Görüş İstanbul nəhənginin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Bununla da Okan Burukun baş məşqçisi olduğu komanda bu mövsüm məğlubiyyətsizlik seriyasını 23 matça çatdırıb. Bu nəticədən sonra aktivində 50 xal olan "Qalatasaray" liderliyini möhkəmlədib, 26 xalı olan "Başakşəhər" isə 7-ci pillədə qərarlaşıb.
Günün digər qarşılaşmalarında "Trabzonspor" "Antalyaspor"un qapısından 5, "Qaziantep" "Adana Demirspor"un qapısından 1 cavabsız top keçirib, "Sivasspor" isə "Alanyaspor" ilə 1:1 hesablı heç-heçə edib.
Qeyd edək ki, tura yanvarın 13-də yekun vurulacaq.
-
Dünya20:24Tramp və Putin bir saat nədən danışıblar? - DETALLAR
-
Art19:24Xalq artistinin səhhəti necədir? - Köməkçisindən AÇIQLAMA
-
Nida Xəbər 17:40Ukraynalı filosof: "Heydər Əliyevin xatirəsi təkcə kitablarda, abidələrdə yaşamır!”
-
Nida Xəbər 17:25Heydər Əliyevin Ukrayna xalqı qarşısında xidmətləri - Tarixi faktlar və rəylər
-
İqtisadi gündəm16:58Qızılın qiyməti yüksəlir: Daxili bazarda son vəziyyət necədir - VİDEO
-
Magazin216:13Müğənnilər birləşib atı "övladlığa" götürdülər
-
Region13:56Hərbçi qayınatasının evində dörd nəfəri güllələyərək öldürdü
-
Hadisə12:05Bakıda dəhşət: Keçmiş həyat yoldaşı və qayınanasını öldürüb intihar etdi






































