Sosial
Yasamalda Silahlı Qüvvələr Günü qeyd edildi - Fotolar
Yasamal Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Yasamal Rayon Təşkilatının, Bakı Şəhər Gənclər və İdman İdarəsinin Yasamal rayonu üzrə gənclər və idman sektorunun və Yasamal Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə 26 İyun-Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü münasibətilə Bakı Hərbi Kollecinin bir qrup şəxsi heyəti ilə görüş keçirilib.
Publika.az xəbər verir ki, Azərbaycan Silahlı Qüvvələrinə həsr olunmuş sənədli film nümayiş etdirildikdən sonra Bakı Şəhər Gənclər və İdman İdarəsinin Yasamal rayonu üzrə gənclər və idman sektorunun müdiri İlham Səfərov görüşü giriş sözü ilə açıq elan edib.
Yasamal RİH başçısı Elşad Həsənov çıxış edərək qeyd edib ki, Azərbaycan 44 günlük Vətən Müharibəsində öz ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ döyüş meydanında təmin edib, 30 illik işğala son qoyub.
Ölkə prezidenti İlham Əliyev tərəfindən aparılan düzgün və məqsədyönlü siyasət nəticəsində güclü ordu formalaıb və döyüş meydanında Azərbaycan xalqının çoxəsrlik tarixində bənzəri olmayan parlaq qələbə əldə edilib. 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında parlaq qələbənin əldə edilməsində gənclərimizin danılmaz xidmətlərinin olduğu, minlərlə Azərbaycan gəncinin könüllü surətdə ordu sıralarına qoşulduğu və bir yumruq ətrafında birləşərək böyük zəfər sevincini xalqımıza yaşatdıqlarını qeyd edib.
E.Həsənov Bakı Hərbi Kollecin bir qrup şəxsi heyətinin simasında bütün hərbiçiləri təbrik edərək onlara Azərbaycan dövlətinin daha da möhkəmləndirilməsi istiqamətində fəaliyyətlərində yeni-yeni uğurlar arzulayıb.
Görüşdə Bakı Hərbi Kollecinin rəisi İntiqam Mirzəyev, Yeni Azərbaycan Partiyası Yasamal Rayon Təşkilatının sədri Bəxtiyar Nəbiyev və digər natiqlər çıxış edərək Silahlı Qüvvələr Günü münasibətilə iştirakçıları təbrik edərək onlara şərəfli xidmətlərində nailiyyətlər arzulayıb.






-
Rəsmi xronika14:47Prezident Numan Qurtulmuşu qəbul etdi - FOTO
-
Sosial13:20Sabah yağış yağacaq
-
Sosial12:58Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
-
Region12:44Avropa İttifaqı Ermənistana yardım edəcək – Türkiyəyə gedən yolları çəkmək üçün
-
Dünya11:13Ankaraya çatanda bizə daha 10 ölkə qoşulacaq – Ruttedən sensasion açıqlama
-
Rəsmi xronika10:44İlham Əliyev Konfrans iştirakçılarına müraciət ünvanladı - YENİLƏNDİ
-
Maraq dünyası10:28Bir ailənin qəribə hekayəsi: Qızın atası nənələrinin keçmiş əri çıxdı - Aləm qarışdı
-
İqtisadi gündəm09:25Maaş və sosial ödənişlərdə artım olacaq? - 60 faiz…










.jpg)

.jpg)

.jpg)





















