İdman
Ulduz futbolçu sıradan çıxıb? - İşlər heç də yaxşı görünmür
İngiltərə Kubokunun 1/32 finalında "Mançester Yunayted"lə matçda (1:1; pen- 3:5) zədələnən "Arsenal"ın hücumçusu Qabriel Jesusun səhhətindəki problem ciddi ola bilər.
Publika.az xəbər verir ki, braziliyalı futbolçunun dizinin ön çarpaz bağının qırılmasında şübhələnilir. Bu barədə London klubunun baş məşqçisi Mikel Arteta məlumat verib:
“İndi biz daha çox bilirik. İşlər heç də yaxşı görünmür. Daha bir mütəxəssislə məsləhətləşməliyik və bu gün günortadan sonra dəqiq məlumat əldə edəcəyik. Yekun hesabatı alana qədər heç nəyi təsdiqləmək istəmirəm”.
Qeyd edək ki, Jesus birinci hissənin sonunda meydanı xərəkdə tərk etdib.
27 yaşlı futbolçu bu mövsüm 27 matçda meydana çıxıb və 7 qol vurub.
Heybət
-
Magazin123:12Biotin qəbul edənlərə çağırış - VİDEO
-
Sağlamlıq21:48Acı qəhvənin sirri: Beyin və bağırsaq arasındakı gizli əlaqə deşifrə edildi
-
Nida Xəbər 21:36Türk düşməni, xain Gergerlioğlu savadsızlığı ilə özünü necə ifşa edir?
-
İdman21:24FIFA prezidentinin başı dərddə - ABŞ Konqresinə çağırıla bilər
-
Magazin220:12“Eşref Tek” ən çox ona güvənəcək - FOTO
-
Avropa20:00Zelenski Əbu-Dabidəki üçtərəfli görüşdən danışdı - Nələr müzakirə edilib?
-
İdman19:36Emin Abbasova yüksək vəzifə verildi
-
Region18:36İran yeni yeraltı raket şəhərciyini istifadəyə verdi























.png)

.jpg)









