İdman
Baxşıyev narazıdır: "Bizi bu şəkildə sıxışdırmaq istəyirlərsə…"
"Araz-Naxçıvan" Azərbaycan Premyer Liqasının 23-cü turunda səfərdə "Turan Tovuz"a 0:1 hesabı ilə məğlub olub.
Publika.az xəbər verir ki, Muxtar Respublika təmsilçisinin baş məşqçisi Elmar Baxşıyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Ağır oyun alındı. Hər iki komanda yaxşı mübarizə apardı. Komanda düşündüklərimizi meydanda verməyə, yaxşı iş göstərməyə çalışırdı. Yola davam etmək lazımdır.
- Qırmızı vərəqə epizodu barədə fikirləriniz necədir?
- Sizcə var idi? Mən də təkrara baxım. Orada heç sarı vərəqəlik bir şey yox idi. İki tur öncə demişdim ki, bizi bu şəkildə sıxışdırmaq istəyirlərsə, alınmayacaq. Komanda möhkəmdir, meydanda layiqli cavab verəcək. "Kəpəz"lə matçın 3-cü dəqiqəsində VAR-a baxmadılar. Amma sonradan görürük ki, penaltilik epizod idi. Davam etmək lazımdır.
- Oyundan sonra Zaur Axundovla nə ilə bağlı söhbət edirdiniz?
- Ev oyunlarından sonra da Zaur müəllimlə görüşümüz olur. Öz dəstəyini bizdən əsirgəmir, komandanın yanındadır.
- "Turan Tovuz"la "Araz-Naxçıvan"ın əleyhinə hakim qərarları olur. Sizcə, belə etməklə kimin önünü açmaq istəyirlər?
- Heç bir komandaın haqqını yeyilməsini istəmərik. Futbol ədalət tələb edir. Futbolda varlı, kasıb anlayışı olmamalıdır. Bəlkə də onların fərqli gördükləri, düşündükləri var. Sınmaq olmaz, istədiyimizə çatmaq üçün yolumuza davam etmək lazımdır.
Heybət Məmmədov
-
Magazin114 İyun 20:48"O qədər xəyanət etmişəm ki..." - VİDEO
-
Dünya14 İyun 20:24Tramp və Putin bir saat nədən danışıblar? - DETALLAR
-
Art14 İyun 19:24Xalq artistinin səhhəti necədir? - Köməkçisindən AÇIQLAMA
-
Nida Xəbər 14 İyun 17:40Ukraynalı filosof: "Heydər Əliyevin xatirəsi təkcə kitablarda, abidələrdə yaşamır!”
-
Nida Xəbər 14 İyun 17:25Heydər Əliyevin Ukrayna xalqı qarşısında xidmətləri - Tarixi faktlar və rəylər
-
İqtisadi gündəm14 İyun 16:58Qızılın qiyməti yüksəlir: Daxili bazarda son vəziyyət necədir - VİDEO
-
Magazin214 İyun 16:13Müğənnilər birləşib atı "övladlığa" götürdülər
-
Region14 İyun 13:56Hərbçi qayınatasının evində dörd nəfəri güllələyərək öldürdü

















.webp)



















