Qadın futbolçu açıq-saçıq fotolarına görə klubdan qovuldu: İndi daha çox pul qazanır - FOTOLAR
Bizi izləyin

İdman

Qadın futbolçu açıq-saçıq fotolarına görə klubdan qovuldu: İndi daha çox pul qazanır - FOTOLAR

Qadın futbolçu açıq-saçıq fotolarına görə klubdan qovuldu: İndi daha çox pul qazanır - FOTOLAR

Marsela Soares Braziliyanın mini-futbol komandası olan "Pelotas"dan qovulub.

Publika.az xəbər verir ki, klub rəhbərliyi Soaresin internetdə yayılan açıq fotolarını görüb və bunun komandanın nüfuzuna xələl gətirdiyini əsas götürərək onunla yollarını ayırıb.

Marsela "NewsX"ə açıqlamasında bunları deyib: "Mən mini-futbolu sevirəm. Amma oyun xaricində kim olmağımı idarə etməyə çalışan yerdə qala bilmərəm. Heç vaxt idmançı imicindən çıxmamışam, kluba qarşı hörmətsizlik etməmişəm. Amma mənə deyirdilər ki, guya uşaqlara pis nümunə oluram".

Marsela yeni yolunun ona daha çox "azadlıq və maddi müstəqillik" verdiyini bildirib. 21 yaşlı futbolçu əlavə edib: "Məni qınadılar, amma mən azadlıq və maddi müstəqillik qazandım. Bu gün özümü daha güclü hiss edirəm".

Əvvəllər Marsela ayda cəmi 550 real (təxminən 71,55 funt sterlinq) qazanırdı ki, bu da ancaq nəqliyyat xərclərini ödəməyə çatırdı. Lakin cəmi dörd həftə ərzində "OnlyFans" platformasında 55 min real (təxminən 7 155 funt sterlinq) gəlir əldə edib.

Marsela sonda deyib: "Bu, kədərli olsa da, mən idmanı vicdanla tərk edirəm. Əgər idmandan bu qədər maddi gəlirim olsaydı, heç vaxt ondan ayrılmazdım".

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm