Tarixin texniki cəhətdən ən istedadlı futbolçusu: Zidan adını açıqladı
Bizi izləyin

İdman

Tarixin texniki cəhətdən ən istedadlı futbolçusu: Zidan adını açıqladı

Tarixin texniki cəhətdən ən istedadlı futbolçusu: Zidan adını açıqladı

Dünya futbolunun əfsanəsi Zinəddin Zidan tarixin texniki cəhətdən ən istedadlı oyunçusunun adını açıqlayıb.

Publika.az xəbər verir ki, Zidan həmyerlisi Tyerri Anrini xüsusi qeyd edib.

“Ronaldinyo xüsusi oyunçudur, lakin Anri bəlkə də bu gözəl oyunu oynayan texniki cəhətdən ən istedadlı futbolçudur”, – “Give me Sport” Zidandan sitat gətirib.

Anri “Arsenal”, “Barselona”, “Yuventus” və digər klublarda oynayıb. İdman karyerası ərzində bir çox mükafatlar və titullar qazanıb. 2003 və 2004-cü illərdə o, FİFA tərəfindən ilin ən yaxşı oyunçusu mükafatına namizəd olsa da, hər iki halda ikinci yeri tutub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm