İdman
"Real"ın futbolçusu xəstəxanaya yerləşdirildi: 6 kq itirib
“Real”ın müdafiəçisi Raul Asensio səhhətindəki problemlər səbəbindən xəstəxanaya yerləşdirilib.
Publika.az İspaniya mediasına istinadən xəbər verir ki, futbolçuda qastroenterit simptomları kəskinləşib.
Asensio xəstəlik səbəbindən Çempionlar Liqasında “Bayern”ya qarşı oyunu buraxıb. Son iki gün ərzində isə onun vəziyyəti daha da pisləşib və 6 kiloqram çəki itirib, nəticədə xəstəxanaya müraciət etmək məcburiyyətində qalıb.
Bildirilir ki, Raulun qısa müddətdə meydana qayıtması gözlənilmir.
Qeyd edək ki, 23 yaşlı müdafiəçi cari mövsümdə 31 oyunda iştirak edib, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.
Heybət
-
Region10:28Erməni vəkil xalqa müraciət etdi: "Sizə iki pis xəbərim var!"
-
ABŞ09:47Vens İsveçrəyə gəldi - ABŞ-İran danışıqları başlayır
-
İdman09:19“Qarabağ”ın yeni transferi: Azərbaycanda güclü çempionat var - MÜSAHİBƏ
-
Ekologiya09:10Meteoroloqlardan narıncı xəbərdarlıq - Bu həftə temperatur 40 dərəcəni keçəcək
-
MDB08:24Rusiya Ukraynaya ballistik raket zərbələrini kəskin artırdı
-
İdman08:12Almaniya dünya çempionatlarında rekord qırdı
-
Magazin206:16Neslihan 3 ildən sonra qayıdır
-
Magazin201:11Dua Lipa gəlinlik paltarını nümayiş etdirdi - FOTO

































