İdman
İman Xelifdən gözlənilməz qərar
Əlcəzairli boksçu İman Xelifin sabiq meneceri Nasser Yesfah gözlənilməz açıqlama verib.
Publika.az xəbər verir ki, o, idmançı cinsiyyət qalmaqalından sonra boksa davam etməyəcəyini bildirib.
“İman boks dünyasını tərk etdi, indi hər şeyi dayandırıb. Olimpiya zamanı baş verənlərdən sonra o, yenidən məşqlərə başlamadı və artıq boksa qayıtmır”, – deyə Yesfah .”Nice-Matin” qəzetinə verdiyi müsahibədə söyləyib.
Eyni zamanda, sabiq menecer qeyd edib ki, Xelif peşəkar boksa keçə bilər. “Əgər o peşəkar olarsa, eyni sınaqdan keçməli olacaq”, - deyə o əlavə edib.
Xelif 2024-cü il Olimpiya Oyunlarında iştirakına icazə almışdı, baxmayaraq ki, Beynəlxalq Boks Assosiasiyası (IBA) idmançının cinsiyyət testindən keçmədiyini bildirirdi. Beynəlxalq Olimpiya Komitəsi (IOC), IBA-nı Olimpiya hərəkatından çıxardıqdan sonra, bu tədqiqatın nəticələrini tanımadı və Xelifin doğuşdan qadın olduğunu təsdiqlədi.
Fevral ayında IBA İsveçrə Baş Prokurorluğuna şikayət etməyi planlaşdırdığını açıqlamışdı; şikayət Xelif və Tayvandan Lin Yutinin Olimpiadaya buraxılması ilə bağlı idi. Lin Yuti də cinsiyyət testindən keçməmişdi.
Paris Olimpiadasında Xelif 66 kq çəki dərəcəsində qızıl medal qazanıb, Yuti isə 57 kq çəki dərəcəsində birinciliyi əldə edib.
-
Region00:15Türkiyədə təhsil alan azərbaycanlı faciəli şəkildə HƏLAK OLDU - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgidə səmimiyyət sizi xoşbəxt edəcək
-
Hadisə3 May 22:48Lerikdə ildırım vuran gənc öldü
-
Magazin23 May 22:36Azərbaycanlı aktrisa toyundan paylaşım etdi - FOTO
-
Hadisə3 May 21:36“Gəlinimi, uşağı burada maşın vurub” - VİDEO
-
Magazin23 May 20:48Konsertinə gələn tamaşaçı sayını eşidib şoka düşdü - FOTO
-
Hadisə3 May 20:24Bakıda kütləvi dava baş verdi - ANBAAN VİDEO
-
ABŞ3 May 19:12Sərçə sayəsində milyonçu oldu

























.png)


.jpg)





