İdman
“Qarabağ” və “Kopenhagen” rəhbərləri arasında görüş

UEFA Çempionlar Liqasının Liqa mərhələsində üz-üzə gələcək “Qarabağ” və “Kopenhagen” klublarının rəhbərləri arasında görüş keçirilib.
Publika.az xəbər verir ki, görüşdə “Qarabağ” klubunu prezident Tahir Gözel, vitse-prezident Fevzihan Aras, İdarə Heyətinin üzvləri Emrah Çelikel və Asif Əsgərov, həmçinin Əməliyyatlar üzrə departament rəhbəri Fərid Ağayev təmsil ediblər.
“Kopenhagen”in prezidenti Lars Seier, Stadion və obyektlər üzrə direktor Brian Mansson, klub əlaqələri üzrə rəhbər Daniell Askholm və UEFA üzrə əsas əlaqələndirici şəxs Daniel Mofid, görüşün UEFA nümayəndəsi serbiyalı Yovan Surbatoviç də tədbirə qatılıb.
Görüşdə təşkilati məsələlər, qarşılıqlı əməkdaşlıq imkanları və iki klub arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi müzakirə olunub. Tərəflər görüşdən məmnunluqlarını ifadə edərək, hər iki komandaya turnirdə uğurlar arzulayıblar.
Sonda oyunla bağlı xatirə hədiyyələri də qarşılıqlı olaraq təqdim olunub.
-
Ekologiya19:40
Bakıda külək gücləndi - Faktiki hava
-
Kriminal18:30
Saxta orden və medal təsis edən QHT sədrləri saxlanıldı
-
Magazin116:32
Cabir İmanovun həyat yoldaşı görün kim imiş - FOTO
-
Rəsmi xronika16:30
İlham Əliyev və xanımı İtaliya prezidenti ilə açılışda iştirak etdi - YENİLƏNDİ
-
Maraq dünyası15:53
Məşhur milyarder neçə övladı olduğunu bilmir: 15 il əvvəl bir dostu arvadı ilə...
-
Sosial14:56
Qiyməti artan, xidmət keyfiyyəti "yüksələn" marşrut: Rahatlıq yoxdur - VİDEO
-
Sosial14:37
Bu gün açılışı olan universitetdən - FOTOLAR
-
İdman13:42
Haaland sevgilisi ilə belə tanış olub: Mən onu yox, o məni "bişirdi" - FOTOLAR